Previous Next

Təcrübçi tələbələr 35 nömrəli məktəbdə "Yaşıl Dünya, Bizim Dünya" adlı tədbir təşkil etmişlər

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan Coğrafiyası və CTT kafedrasının müəllimi Pakizə Orucovanın rəhbərliyi ilə fakültənin Coğrafiya müəllimliyi ixtisası COĞ2004B qrup tələbələri pedaqoji təcrübədə olduqları Nəsimi rayonu 35 nömrəli məktəbdə "Yaşıl Dünya, Bizim Dünya" adlı tədbir təşkil ediblər. Tədbirdə ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dekan müavini Habil Həsənov, Azərbaycan Coğrafiyası və CTT kafedrasının müdiri dosenti Oqtay Alxasov, müəllimi Leyla Əliyeva və Ümumi Pedaqogika kafedrasının müəllimi Aidə Əliyeva, 35 nömrəli məktəbin direktoru Rəna Naibova və məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Təşkil olunmuş tədbirdə 6,7 və 8-ci sinif şagirdləri “Okeanlar”, “Materiklər”, “Azərbaycan” aid səhnəciklərlə çıxış etmişlər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Rəna xanım və Azərbaycan Coğrafiyası və CTT kafedrasının müdiri dosent Oqtay Alxasov tədbirlə bağlı fikirlərini qeyd etmişlər. Tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

Search