Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

ADPU-da Ümumi coğrafiya kafedrası 1934-cü ilin may ayında təşkil olunmuşdur. Bu dövrdə kafedrada akademik A.N.Cavaxişvili, və “Fiziki coğrafiya kursu”, “Zaqafqaziyanın fiziki coğrafiyası” kitablarının müəllifi prof. A.F.Lyayster, üçün rusca - azərbaycanca coğrafiya lügətinin müəllifi Q.L.Xalfen, dos.M.M.Əliyev və digər tanınmış alim-pedaqoqlar çalışmışlar. 1966-cı ildə Fiziki coğrafiya kafedrası təşkil olunmuşdur. Kafedraya 1966-1973-cü illərdə Əməkdar elm xadimi, prof. Nurəddin Kərəmov, 1973-1983-cü illərdə prof. Ramazan Tarverdiyev, 1984-1989-cu illərdə dos. Vasif Nəbiyev, 1989-1998-ci illərdə dos.Bəhlul Cəfərov, 1998-2008-ci illərdə dos. Alı Əliyev, 2008-2013-cü illərdə dos.Nərminə Süleymanova rəhbərlik etmişdir. Kafedranın fəaliyyəti dövründə 2 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Ekologiya ixtisasında təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi və respublikamızda ekoloji kadrlara olan tələbatı ödəmək məqsədilə 2008-ci ildə Ekologiya kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri dos.Mustafa Əliyev (2008-2011) olmuşdur. Kafedraya 2011-ci il tarixdən 2013-cü ilədək dos.Yavər Əliyev rəhbərlik etmişdir. 2014-cü ildə Fiziki coğrafiya və Ekologiya kafedraları birləşərək, Fiziki coğrafiya və Ekologiya kafedrası adlanmışdır. Ümumi coğrafiya kafedrası 1974-cü ildə Fiziki coğrafiya kafedrasının iki hissəyə bölünməsi nəticəsində yaranmışdır. Kafedraya 1974-1977-ci illərdə dos. Pullu Mirzəyev, 1978-1991-ci illərdə prof. Şahalı Həsənov, 1992-1997-ci illərdə yenə dos.Pullu Mirzəyev, 1997-2007- ci illərdə dos.Mustafa Əliyev, 2007-2012-ci illərdə dos.Mətanət Əsgərova rəhbərlik etmişdir. Kafedranın fəaliyyəti dövründə 1 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Son illərdə kafedranın əməkdaşlarından dos.Nurəddin Uluxanlı “Tərəqqi” medalı (2012) ilə təltif edilmişdir. Hazırda fəaliyyət göstərən Ümumi coğrafiya kafedrası 2015-ci ildə Fiziki coğrafiya və Ekologiya kafedrası ilə Ümumi coğrafiya kafedrasının bazası əsasında təşkil olunub. Yeni təşkil olunmuş kafedraya coğrafiya elmləri doktoru, dosent Məhəmməd Abdu oğlu Abduyev rəhbərlik edir. Kafedrada 2011-2016-cı illərdə 47 nəfər magistr hazırlanmışdır. Kafedra əməkdaşları tərəfindən pedaqoji institut və universitetlər üçün coğrafiya ixtisasları üzrə 50-dən artıq dərslik və dərs vəsaitləri, abituriyentlər üçün coğrafiyadan vəsaitlər, o cümlədən 180-dən artıq elmi məqalə, yeni fənn proqramları nəşr olunmuşdur. Kafedrada Azərbaycanın müasir ekocoğrafi şəraitinin və təbii ehtiyatlarının tədqiqi, təbii ehtiyatların səmərəli istifadəsi, onların mühafizəsi və bərpası üzrə elmi-tədqiqat işləri aparılır. Son illərdə kafedra müdiri Məhəmməd Abduyev “Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi” (2013) mövzusunda doktorluq dissertasiyasını, kafedranın baş müəllimi Cahan Məmmədova isə “Böyük Qafqazın cənub yamacı geosistemlərinin landşaft-ekoloji potensialının qiymətləndirilməsi” (2018) mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişlər. Hazırda kafedrada 2 nəfər doktorant (Aygün Kərimova, Seyidnisə Əliyeva) və 1 nəfər dissertant (Türkan Məmmədova) var. Son 5 ildə kafedra əməkdaşları 4 monoqrafiya, 3 dərslik, 4 dərs vəsaiti, 28 məqalə (15-i xaricdə), 21 proqram nəşr etdirib. 16 beynəlxalq, 12 respublika konfransında iştirak edib. Kafedra müdiri, coğrafiya elmləri doktoru, dosent Məhəmməd Abduyev 2014-2018-ci illərdə AMEA Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuş, 2019-cu ildən isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Coğrafiya üzrə Ekspert Şurasının, ADPU və SDU “Xəbərlər” jurnalının redaksiya heyətinin, “Sudan istifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin üzvü, 2021-ci ildən  AMEA Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.

Ətraflı

Ümumi coğrafiya kafedrası

Vəzifə adı

Kafedra müdiri

Dosent

Baş müəllim

Müəllim

Böyuk laborant

Laborant

Sayı

1

7

1

3

1

1

Kafedrada 2011 - 2016 - cı illərdə 47 nəfər magistr hazırlanmışdır.Kafedra əməkdaşları tərəfindən pedaqoji institut və universitetlər üçün coğrafiya ixtisasları üzrə 50 - dən  artıq dərslik və dərs vəsaitləri, abituriyentlər üçün coğrafiyadan vəsaitlər, o cümlədən  180 - dən artıq elmi məqalə, yeni fənn proqramları nəşr olunmuşdur.Kafedranın nəzdində Fiziki coğrafiya laboratoriyası fəaliyyət göstərir.  Kafedrada Azərbaycanın müasir ekocoğrafi şəraitinin və təbii ehtiyatlarının tədqiqi, təbii ehtiyatların səmərəli istifadəsi, onların mühafizəsi və bərpası üzrə elmi - tədqiqat işləri aparılır.  Son illərdə kafedra müdiri Məhəmməd Abduyev “ Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi ” ( 2013 ) mövzusunda doktorluq dissertasiyasını, kafedranın baş müəllimi Cahan Məmmədova isə “ Böyük Qafqazın cənub yamacı geosistemlərinin landşaft - ekoloji potensialının qiymətləndirilməsi ” (2018) mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişlər. Hazırda kafedrada 2 nəfər doktorant  ( Aygün Kərimova, Zakir Ramazanlı ) və 2 nəfər dissertant ( İlhamə Qəribova, Türkan Məmmədova ) var.  

Son 5 ildə  kafedra əməkdaşları 4 monoqrafiya, 3 dərslik, 4 dərs vəsaiti, 28 məqalə (15-i xaricdə ), 21 proqram  nəşr etdirib. 16 beynəlxalq, 12 respublika konfransında iştirak edib. Kafedra müdiri, coğrafiya elmləri doktoru, dosent Məhəmməd Abduyev 2014-2018-ci illərdə AMEA Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuş, 2019 - cu ildən isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Coğrafiya üzrə Ekspert Şurasının, ADPU və SDU “ Xəbərlər ” jurnalının redaksiya heyətinin, “ Sudan istifadə sahəsində Mütəxəssislər ” İctimai Birliyinin üzvüdür. Kafedranın dosenti Mətanət Əsgərova 2014-2018-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse - prezidenti olmuş, hazırda Azərbaycan Coğrafiya Cəmiyyətinin ADPU  filialına rəhbərlik edir, AMEA - nın Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin " Coğrafiya və təbii resurslar " jurnalının redaksiya heyətinin üzvüdür. Kafedra müdiri Məhəmməd Abduyev, dosentlər Yavər Əliyev və Nurəddin Uluxanlı Respublikanın müxtəlif universitetlərində Buraxılış Yekun Dövlət Attestasiya komissiyalarının sədrləri kimi fəaliyyət göstərirlər.  Son 5 ildə kafedra əməkdaşları kafedranın profilinə uyğun bir sıra dərslik, dərs vəsaiti, monoqrafiya nəşr etdirmişlər. Bunlardan baş müəllim Telman Həbibovun  “ Ümumi və tarixi geologiya ” ( 2016 ), dosent Nurəddin Uluxanlının “ Meteorologiya və iqlimşünaslığın əsaslar ” ( 2018 ),  c.e.d., dosent Məhəmməd Abduyevin “ Biocoğrafiya ” ( 2019 ), dosent Mətanət Əsgərovanın həmmüəlliflərlə“Mastering Spatial Data Analysis Inside the GIS Setting ( Məkan məlumatlarının təhlili CİS daxilində ) ”(2021), həmçinin dos. Mətanət Əsgərovanın Almaniyada nəşr olunmuş "Агроэкологическая характеристика и модели плодородия почв хлопчатника в пределах Карабахской степи Азербайджанской Республики" ( 2019 ) və eyni zamanda  həmmüəlliflərlə “ Torpaqdan istifadə və daşınmaz əmlakın kadastrı terminləri lüğəti” (2019), 3 dildə “1:100000 miqyasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş” (2020), “Azərbaycanın Kür-Araz ovalığında pambığayararlı torpaqların idarə edilməsi ” (2020), c.e.d. dosent Məhəmməd Abduyevin “Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanunauyğunluqları ” (2021) adlı monoqrafiyalarını qeyd etmək olar.   

Fənnin adı

Geodeziya və  kartoqrafiya

Hidrologiya

Fiziki coğrafiyanın əsasları

İqlimşünaslıq

Geomorfologiya

Kartoqrafiya

Regional fiziki coğrafiya

Biocoğrafiya

Azərbaycanın fiziki coğrafiyası

Torpaq coğrafiyası

Landşaftşünaslıq

Təbiətdən istifadə və onun mühafizəsi

Ekologiya və təbiətin mühafizəsi

Materik və okeanların fiziki   coğrafiyası -II

Coğrafiya informasiya sistemləri (CİS)

Coğrafiya xəritələri və onların üzərində çalışmalar

Məkan məlumatlarının təhlili

Qlobal iqlim dəyişmələri

Azərbaycanın geoekologiyası

Coğrafiyanın müasir problemləri

Toponimika

Torpaqların banitirovkası və torpaq kadastrı

Coğrafiyanın ərazi tədqiqatları

Ətraf mühit problemləri

Suların mühafizəsi və Xəzərin ekologiyası

Səhralaşma

Dosentlər M. Abduyev, M. Əsgərova, N. Süleymanova, H. Əskərova, S. Həsənova, Z. Kərimovanın, b/müəllimlər C. Məmmədova və İ. Qəribovanın elmi tədqiqat işlərinin nəticələri müxtəlif reytinqli jurnallarda (Danimarka, Bolqarıstan, Belarus, Xorvatiya, Türkiyə, Kipr, Rusiya, Qazaxstan, Özbəkistan və s.) nəşr olunmuş, alınan elmi nəticələr Bakı, Moskva, Voronej, Kazan, İzmir, Daşkənd, Almatı, Astana, Ulan-Ude və s. şəhərlərdə keçirilən Beynəlxalq konfranslarda  müzakirə olunmuşdur.  C.e.d. Məhəmməd Abduyev və dos. Nurəddin Uluxanlı 2018-2019-cu illərdə AMEA Coğrafiya İnstitutunun qalibi olduğu“Türk dünyasının coğrafiyası və etnosu”qrant layihəsinin icraçılarından olmuşlar. Hazırda nəşrə hazırlanan Qarabağ coğrafiyasının da yazılmasında iştirak edirlər.  Kafedra AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları, Bakı Dövlət  Universiteti və Sumqayıt Dövlət Universiteti, Avstraliyanın Makkuori Universiteti, ABŞ-ın Corc Vaşinqton Universiteti, Şimali Dakota Dövlət Universiteti, Türkiyənin İzmir şəhərindəki EGE Universiteti, Tver Dövlət Universiteti ilə elmi-pedaqoji əlaqələrə malikdir. 

Məhəmməd Abduyev Abdu oğlu
Mətanət Əsgərova Mahmud qızı
Zülfiyyə Məhərrəm qızı Kərimova
Süveyrat Məmmədxan qızı Həsənova
Məhəmməd Abduyev
Kafedra müdiri
Mətanət Əsgərova
Dosent
Zülfiyyə Kərimova
Dosent
Süveyrat Həsənova
Dosent

Daha çox

Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

Coğrafiya kafedrası1934 - cü ilin may ayında təşkil olunmuşdur.Bu dövrdə kafedrada akademik  A.N.Cavaxişvili, “Fiziki coğrafiya kursu”, “ Zaqafqaziyanın fiziki coğrafiyası” kitablarının müəllifi prof. A.F.Lyayster, 1926-cı ildən coğrafiya müəllimi işləmiş tələbələr üçün rusca-azərbaycanca coğrafiya lügətinin müəllifi Q.L.Xalfen, prof. M.M.Əliyev  və digər tanınmış alim-pedaqoqlar çalışmışlar. 1966-cı ildə Fiziki coğrafiya kafedrası təşkil olunmuşdur. Kafedraya 1966-1973-cü illərdə Əməkdar elm xadimi, prof. Nurəddin Kərəmov, 1973-1983-cü illərdə prof. Ramazan Tarverdiyev, 1984- 1989-cu illərdə dos.Vasif Nəbiyev, 1989-1998-ci illərdə dos. Bəhlul Cəfərov, 1998-2008-ci illərdə dos. Alı Əliyev, 2008-2013-cü illərdə dos.Nərminə Süleymanova  rəhbərlik etmişdir.  Kafedranın fəaliyyəti dövründə 2 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur.  Ekologiya ixtisasında təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi və respublikamızda ekoloji kadrlara olan tələbatı ödəmək məqsədilə 2008-ci ildə Ekologiya kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri dos.Mustafa Əliyev (2008-2011) olmuşdur. Kafedraya 2011-ci il tarixdən  2013-cü ilədək dos.Yavər Əliyev rəhbərlik etmişdir. 2014-cü ildə Fiziki coğrafiya və Ekologiya kafedraları birləşərək, Fiziki coğrafiya və Ekologiya kafedrası adlanmışdır.  Ümumi coğrafiya kafedrası 1974-cü ildə Fiziki coğrafiya kafedrasının iki hissəyə bölünməsi nəticəsində yaranmışdır. Kafedraya 1974-1977-ci illərdə dos. Pullu Mirzəyev, 1978-1991-ci illərdə prof. Şahalı Həsənov, 1992-1997-ci illərdə yenə dos. Pullu Mirzəyev, 1997-2007-ci illərdə dos.Mustafa Əliyev, 2007-2012-ci illərdə dos. Mətanət Əsgərova rəhbərlik etmişdir. Kafedranın fəaliyyəti dövründə 1 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.Son illərdə kafedranın əməkdaşlarından dos.Nurəddin Uluxanlı  “Tərəqqi” medalı (2012)  ilə təltif edilmişdir.   Hazırda fəaliyyət göstərən Ümumi coğrafiya kafedrası 2015-ci ildə Fiziki coğrafiya və Ekologiya kafedrası ilə Ümumi coğrafiya kafedrasının bazası əsasında təşkil olunub. Yeni təşkil olunmuş kafedraya coğrafiya elmləri doktoru, dosent  Məhəmməd Abdu oğlu Abduyev rəhbərlik edir.  

Ətraflı

Ümumicoğrafiya kafedrası

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Müəllim

Böyuk laborant

Laborant

Sayı

1

1

6

2

Search