Azərbaycan tarixi kafedrası Tarix və coğrafiya fakültəsinin aparıcı ixtisas kafedrasıdır.Azərbaycan Dövlət Pedaqoji İnstitutu 1930-cu ildə öz inkişafının ikinci mərhələsinə daxil olduqdan sonra, 1931-ci il sentyabrın 29-da rektorluğun iclasında 28 kafedra təsdiq edilmişdir ki, bunların sırasında Azərbaycan tarixi kafedrası da mövcud olmuşdur. O zamanlar kafedraya professor Vəli Xuluflu rəhbərlik etmiş və ilk kafedra müdiri olmuşdur.
1950-ci ildə milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsindərespublikanın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır.Ümummilli lider Heydər ƏliyevAzərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrası bərpa edilmişdir. O zaman professor Nəzər Paşayev kafedra müdiri vəzifəsinə (1971-1988) təyin olunmuşdur.1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına professor Süleyman Məmmədov rəhbərlik etmişdir. Süleyman Məmmədovun elmi tədqiqat sahəsi:“ XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial - iqtisadi həyatı ”- namizədlik dissertasiyası mövzusu,“ XV - XVIII əsrin birinci yarısında erməni qaynaqları Azərbaycan haqqında ”- doktorluq dissertasiyası mövzusu olmuşdur.
Azərbaycan tarixi kafedrası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Dosent əvəzi |
Baş müəllim |
Müəllim |
Böyuk laborant |
Sayı |
1 |
2 |
5 |
1 |
6 |
6 |
2 |
Hal-hazırda dosent Naibə Əhmədovanın “XIX əsr - XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinin tarixşünaslığı” (tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları – 5509.01 ixtisası üzrə) mövzusunda elmlər doktoru proqramı üzrə dissertasiya işini yekunlaşdırmışdır, müdafiə ərəfəsindədir.
Kafedrada zaman - zaman akademik İ. A .Hüseynov, Ə. N. Quliyev, professorlardan Z. İ. İbrahimov, Ə. Sumbatzadə, T. Ə.Bünyadov, M. Qazıyev, M. Şərifli, C. İbrahimov, N. A. Paşayev, S.A.Məmmədov, X.S.Köçərli və başqaları yüksək ixtisaslı tarix müəllimlərinin hazırlanmasında yaxından köməklik göstərmişlər.
Kafedranın professoru Cəfər Cəfərov ADPU-nun rektoru və Dissertasiya Şurasının sədridir. Son illərdə kafedranın müəllimlərindən b/m. Cəfər Xanəliyevin, müəl. Gülşən Xalıqovanın dissertasiya işinin müzakirəsi keçirilmiş, müəl. Sahibə Musayevanın isə dissertasiya işi elmi seminarda müzakirədən keçmişdir. Hal-hazırda kafedrada 1 nəfər (Faiq Nadirsoy) fəlsəfə doktoru proqramı üzrə doktorant vardır.
Son beş ildə kafedra əməkdaşlarından Vurğun Məmmədov və Mübariz Ağalarlı dosent elmi adını almışlar. Kafedranın baş müəllimi Samirə Ramazanovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi keçirilmişdir.
Azərbaycan tarixi kafedrasında “Vətən tarixi”, “Tarixşünaslıq,mənbəşünaslıq və tarixi tədqiqat üsulları”,“Azərbaycanın beynəlxalq əlaqələri”, “Milli-azadlıq hərəkatı” istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
Son beş ildə kafedra əməkdaşlarının – dos. N.Əhmədova və b/m. S.Hüseynovanın həmmüəllifliyi ilə “Azərbaycan tarixi” (2019), dos. İ.Qasımova və b/m. H.Həsənovun «Национально-освободительное движение в Азербайджане в ХХ веке» (2019), dos. E. b/m. H.Həsənovun “Azərbaycan tarixi (XVIII əsrin son rübü – XIX əsrin əvvəllərində)” (2019), dos.Naibə Əhmədovanın “Qafqaz Albaniyası tarixinin oçerkləri” (2023) adlı dərs vəsaitləri çap olunmuşdur.
Kafedra üzrə fənn proqramları yenilənmiş, “Azərbaycan tarixi” fənnindən qeyri-tarix ixtisasları üçün proqram (Azərbaycan, rus və ingilis dillərində), həmçinin “Tarix” və “Tarix və coğrafiya” müəllimliyi ixtisasları üçün “Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər” seçmə fənn proqramı (Azərbaycan və rus dillərində), “Azərbaycanda milli-azadlıq hərəkatı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın mədəniyyət tarixi” fənnindən (Azərbaycan və rus dillərində) proqram nəşr olunmuşdur.
№ |
Fənnin adı |
Azərbaycan tarixi (qeyri-ixtisaslar) |
|
Azərbaycan tarixi-1 |
|
Azərbaycan tarixi-2 |
|
Azərbaycan tarixi-3 |
|
Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı |
|
Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər |
|
Azərbaycanda milli-azadlıq hərəkatı |
|
Azərbaycanın tarixi-siyasi coğrafiyası |
|
Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər tarixi |
Son beş ildə kafedra əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Əfqanıstan və başqa ölkələrin universitetləri və elmi - tədqiqat institutları ilə daha sıx əlaqə saxlamış və elmi əməkdaşlıq etmişdir. Kafedra müdiri dos.Naibə Əhmədova 2017- ci il noyabr tarixində Böyük Oktyabr Sosialist inqilabının 100 illik tarixi ilə əlaqədar Rusiya Dövlət Humanitar Universitetində keçirilən « Революция 1917 года и Российское зарубежье » adlı Beynəlxalq Elmi Konfransda məruzə ilə çıxış etmişdir. 2018-ci ilin aprelində dosent Naibə Əhmədova Türkiyə Respublikasının Kars şəhərində keçirilən “ Kafkasya Universiteleri Bilim və Kültür Şöleni ” festivalında iştirak etmiş, 2018-ci ilin oktyabrında Ankara şəhərində keçirilən XVIII Türk Tarix Konqresində “ XIX yüzilin II yarısında İrəvan və Doğu Anadolu bölgəsinin sosial – ekonomik və demoqrafik durumu ( “ Kavkazskiy kalendar ” əsasında ) ” adlı məruzə ilə çıxış etmişdir. 2018 - ci il oktyabr tarixində baş müəllim Namiq Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tiflis şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmişdir. 2019-cu ilin dekabrında Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Dövlət Humanitar Universitetində (РГГУ) keçirilən beynəlxalq - elmi konfransda dosent Naibə Əhmədova və dosent İradə Qasımova elmi məruzələrlə çıxış etmişlər. Dosent Mübariz Ağalarlı 2021-ci ilin aprelində Herat şəhərində özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirak etmişdir. O cümlədən kafedranın əməkdaşı Sahibə Musayeva 2018-ci il sentyabr və 2019-cu il dekabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Kafedranın professor - müəllim heyəti vaxtaşırı olaraq yerli və xarici mətbuat orqanlarında aktual problemləri işıqlandırmış, xüsusilə 2-ci Qarabağ müharibəsi və müharibədən sonrakı quruculuq işləri ilə bağlı yerli və xarici saytlarda yazılar dərc etdirmişlər.
Kafedrada vaxtaşırı olaraq Elmi Seminarlar keçirilir. Bunlardan: dos. Naibə Əhmədovanın “Abbasqulu ağa Bakıxanov: tarix və tarixşünaslıq elmi ” mövzusunda, həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev dühasının bəhrəsidir ” mövzusunda, həmçinin 2023-cü il Heydər Əliyev ili çərçivəsində silsilə Elmi Seminarlar keçirilmişdir. Elmi seminarlara dosent Naibə Əhmədova sədrlik edir.
2017-ci il oktyabrın 12-14-də də kafedranın təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kastamonu Universiteti (Türkiyə) və Azərbaycan Turizm və Menecment Universtetinin birgə “ Azərbaycan - Türkiyə münasibətləri ” adlı II Beynəlxalq Elmi Konfrans keçirildi.
2018-ci ilin mayında ADPU ilə Rusiya Dövlət Humanitar Universitetinin birgə imzaladıqları Çərçivə Anlaşması nəticəsində Tarix və Coğrafiya fakültəsində Yaz məktəbi təşkil olunmuş, Rusiya Dövlət Humanitar Universitetinin 8 tələbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mühazirələr dinləmişlər. Yaz məktəbində kafedranın dosentləri İradə Qasımova və Elmira Süleymanova və müəllim Nəbi Əsədov rusiyalı tələbələrə Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı maraqlı mühazirələr oxumuşlar.
2020-ci il 3 mart tarixindən ADPU-da Covid-19 ( Koronavirus ) pandemiyası ilə əlaqədar tədrisin əyani formatda icra olunması dayandırılmış və təhsilin təşkili prosesində distant və online təhsildən, eləcə də elektron tədris resuslarından istifadə etməklə tədris məsafədən davam etdirilmişdir. Pandemiya ilə əlaqədar məsafədən tədrisə keçildikdən sonra ardıcılıqla bütün ixtisas və qeyri–ixtisas fakültələrdə dərs prosesi video formatda davam etdirilmiş, elektron variantda tədris tapşırıqları tələbələrə göndərilmişdir.
2020-ci il 7 may tarixində Azərbaycan tarixi kafedrasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “ Beyin qazanma proqramı ” çərçivəsində “ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın rolu ” adlı elmi - praktiki videokonfrans keçirilmişdir.
2023-cü il 16 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ümummilli lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçirilmişdir.
2023-cü il 12 sentyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrası və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” adlı Elmi Seminar keçirilmişdir.
2024-cü ilin 17-19 yanvar tarixində dos. Naibə Əhmədova Moskvada Rusiya Dövlət Humanitar Universitetində “MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə Beynəlxalq Forumda iştirak etmişdir.
Naibə Əhmədova Kafedra müdiri |
Xəqani Məmmədov Professor |
Zakir Kərimov Dosent |
Elmira Süleymanova t.ü.f.d |
Azərbaycan tarixi kafedrası Tarix və coğrafiya fakültəsinin aparıcı ixtisas kafedrasıdır.Azərbaycan Dövlət Pedaqoji İnstitutu 1930-cu ildə öz inkişafının ikinci mərhələsinə daxil olduqdan sonra, 1931-ci il sentyabrın 29-da rektorluğun iclasında 28 kafedra təsdiq edilmişdir ki, bunların sırasında Azərbaycan tarixi kafedrası da mövcud olmuşdur. O zamanlar kafedraya professor Vəli Xuluflu rəhbərlik etmiş və ilk kafedra müdiri olmuşdur.
1950-ci ildə milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsindərespublikanın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır.Ümummilli lider Heydər ƏliyevAzərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrası bərpa edilmişdir. O zaman professor Nəzər Paşayev kafedra müdiri vəzifəsinə (1971-1988) təyin olunmuşdur.1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına professor Süleyman Məmmədov rəhbərlik etmişdir. Süleyman Məmmədovun elmi tədqiqat sahəsi:“ XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial - iqtisadi həyatı ”- namizədlik dissertasiyası mövzusu,“ XV - XVIII əsrin birinci yarısında erməni qaynaqları Azərbaycan haqqında ”- doktorluq dissertasiyası mövzusu olmuşdur.
Azərbaycan tarixi kafedrası |
||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyuk laborant |
Sayı |
1 |
2 |
5 |
7 |
3 |
1 |
Hal-hazırda dosent Naibə Əhmədovanın “XIX əsr - XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinin tarixşünaslığı” (tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları – 5509.01 ixtisası üzrə) mövzusunda doktorluq dissertasiyası son tamamlanma mərhələsindədir.
Kafedrada zaman-zaman akademikİ.A.Hüseynov,Ə.N.Quliyev, professorlardanZ.İ.İbrahimov,Ə.Sumbatzadə,T.Ə.Bünyadov,M.Qazıyev,M.Şərifli,C.İbrahimov,N.A.Paşayev,S.A.Məmmədov,X.S.Köçərlivə başqaları yüksək ixtisaslı tarix müəllimlərininhazırlanmasındayaxından köməklik göstərmişlər.
Hal-hazırda kafedranın professoru Cəfər Cəfərov ADPU-nunrektoruvə Dissertasiya Şurasının sədridir. Professor Xəqani Məmmədov “Azərbaycanda maarifçilik və milli hərəkat (1875-1918-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Son beş ildə kafedraəməkdaşlarındanHabil Həsənov (2016) fəlsəfə doktoru proqramı üzrə “XVIII əsrin son rübü-XIX əsrin əvvəllərində Azərbaycan Rusiya-İran münasibətlərində” adlı dissertasiya mövzusunu müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildə kafedranın doktorantı Xalidə İbrahimovanın “SSRİ-nin milli siyasətində Azərbaycan məsələsi (1941-1945)” adlıt.ü.f.d.elmidərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmiş və müdafiəyə təqdimolunmuşdur. Hal-hazırda kafedrada 1 nəfər (Şakir Hüseynov) fəlsəfə doktoru, 1 nəfər (SamirBaxşəliyev) isə elmlər doktoru proqramı üzrə doktorant vardır.
Son beş ildə kafedra əməkdaşlarından Elmira Süleymanova, Vurğun Məmmədov və Mübariz Ağalarlı dosent elmi adını almışlar.
Azərbaycan tarixi kafedrasında “Vətən tarixi”, “Tarixşünaslıq,mənbəşünaslıqvə tarixi tədqiqatüsulları”,“Azərbaycanınbeynəlxalq əlaqələri”, “Milli-azadlıq hərəkatı” istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
Son beş ildə kafedra əməkdaşlarının –dos.N.Əhmədovavə b/m.S.Hüseynovanınhəmmüəllifliyi ilə “Azərbaycan tarixi” (2019),dos.İ.Qasımovavə b/m.H.Həsənovun«Национально-освободительноедвижениевАзербайджанев ХХвеке» (2019),dos.E.Süleymanovanın“Azərbaycanın tarixi coğrafiyası” (2016),prof.X.Məmmədovun“Azərbaycan tarixi” (2016), b/m.H.Həsənovun“Azərbaycan tarixi (XVIII əsrin son rübü – XIX əsrin əvvəllərində)” (2019),S.Baxşəliyevin“Azərbaycanın tarixi coğrafiyası” (2019) adlı dərs vəsaitləri çapolunmuşdur.
Kafedra üzrə fənn proqramları yenilənmiş, “Azərbaycan tarixi” fənnindənqeyri-ixtisas fakültələri üçün proqram və metodiki vəsait (Azərbaycan və rus dillərində), həmçinin “Tarix” və “Tarix və coğrafiya” müəllimliyi ixtisasları üçün proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın tarixi coğrafiyası” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində),“Azərbaycanın beynəlxalq əlaqələri” seçmə fənn proqramı(Azərbaycan və rus dillərində), “XX əsr Azərbaycanda milli-azadlıq hərəkatı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” seçmə fənnindən proqram (Azərbaycan və rus dillərində), “Qafqaz Albaniyasınınproblemləri” seçməfənnindən proqram (Azərbaycan və rus dillərində), “Azərbaycanın mədəniyyəttarixi” fənnindən(Azərbaycan dilində) proqram nəşrolunmuşdur.
№ |
Fənnin adı |
|
XVIII-XIX əsrlərdə Rusiya- Qafqaz münasibətləri |
|
Azərbaycan tarixi-1
|
|
Azərbaycan tarixi-2 |
|
Azərbaycan tarixi-3 |
|
Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı |
|
Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər |
|
Azərbaycanda milli-azadlıq hərəkatı |
|
Azərbaycanın tarixi- siyasi coğrafiyası |
|
Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər tarixi |
Son beş ildə kafedra əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Əfqanıstan və başqa ölkələrin universitetləri və elmi - tədqiqat institutları ilə daha sıx əlaqə saxlamış və elmi əməkdaşlıq etmişdir.Kafedra müdiri dos.Naibə Əhmədova 2017- ci il noyabr tarixində Böyük Oktyabr Sosialist inqilabının 100 illik tarixi ilə əlaqədar Rusiya Dövlət Humanitar Universitetində keçirilən « Революция 1917 года и Российское зарубежье » adlı Beynəlxalq Elmi Konfransda məruzə ilə çıxış etmişdir. 2018-ci ilin aprelində dosent Naibə Əhmədova Türkiyə Respublikasının Kars şəhərində keçirilən “ Kafkasya Universiteleri Bilim və Kültür Şöleni ” festivalında iştirak etmiş, 2018-ci ilin oktyabrında Ankara şəhərində keçirilən XVIII Türk Tarix Konqresində “ XIX yüzilin II yarısında İrəvan və Doğu Anadolu bölgəsinin sosial – ekonomik və demoqrafik durumu ( “ Kavkazskiy kalendar ” əsasında ) ” adlı məruzə ilə çıxış etmişdir. 2018 - ci il oktyabr tarixində baş müəllim Namiq Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tiflis şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmişdir. 2019-cu ilin dekabrında Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Dövlət Humanitar Universitetində (РГГУ) keçirilən beynəlxalq - elmi konfransda dosent Naibə Əhmədova və dosentİradə Qasımova elmi məruzələrlə çıxış etmişlər. Dosent Mübariz Ağalarlı 2021-ci ilin aprelində Herat şəhərində özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirak etmişdir. O cümlədən kafedranın əməkdaşı Sahibə Musayeva 2018-ci il sentyabr və 2019-cu il dekabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq konfranslardaməruzələrləçıxış etmişdir. Kafedranın professor - müəllim heyəti vaxtaşırı olaraq yerli və xarici mətbuat orqanlarında aktual problemləri işıqlandırmış, xüsusilə 2-ci Qarabağ müharibəsi və müharibədən sonrakı quruculuq işləri ilə bağlı yerli və xarici saytlarda yazılar dərc etdirmişlər.
Kafedrada vaxtaşırı olaraq Elmi Seminarlar keçrilir.Bunlardan: prof. Xaləddin İbrahimlinin “Elmi araşdırmaların strategiyaları” mövzusunda, dos. Naibə Əhmədovanın “ Abbasqulu ağa Bakıxanov: tarix və tarixşünaslıq elmi ” mövzusunda, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar “ Müasir Azərbaycan dövlətçiliyi H.Əliyev dühasının bəhrəsidir ” mövzusunda, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümləri ilə əlaqədar silsilə Elmi Seminarlar keçrilir. Elmi seminarlara dosent Naibə Əhmədova sədrlik edir.
2017-ci il oktyabrın 12-14-də də kafedranın təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kastamonu Universiteti (Türkiyə) və Azərbaycan Turizm və Menecment Universtetinin birgə“ Azərbaycan - Türkiyə münasibətləri ”adlı II Beynəlxalq Elmi Konfrans keçrildi.
2018-ci ilin mayında ADPU ilə Rusiya Dövlət Humanitar Universitetinin birgə imzaladıqları Çərçivə Anlaşması nəticəsində Tarix və Coğrafiya fakültəsində Yaz məktəbi təşkil olunmuş, Rusiya Dövlət Humanitar Universitetinin 8 tələbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mühazirələr dinləmişlər.Yaz məktəbində kafedranın dosentləri İradə Qasımova və Elmira Süleymanova və müəllim Nəbi Əsədov rusiyalı tələbələrə Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı maraqlı mühazirələr oxumuşlar.
2020-ci il 3 mart tarixindən ADPU-da Covid-19 ( Koronavirus ) pandemiyası ilə əlaqədar tədrisin əyani formatda icra olunması dayandırılmış və təhsilin təşkili prosesində distant və online təhsildən, eləcə də elektron tədris resuslarından istifadə etməklə tədris məsafədən davam etdirilmişdir. Pandemiya ilə əlaqədar məsafədən tədrisə keçildikdən sonra ardıcılıqla bütün ixtisas və qeyri–ixtisas fakültələrdə dərs prosesi video formatda davam etdirilmiş, elektron variantda tədris tapşırıqları tələbələrə göndərilmişdir.
2020-ci il 7 may tarixində Azərbaycan tarixi kafedrasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininbirgə təşkilatçılığı ilə “ Beyin qazanma proqramı ” çərçivəsində “ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın rolu ” adlı elmi - praktiki videokonfrans keçirilmişdir.
Naibə Əhmədova Kafedra müdiri |
Xəqani Məmmədov Professor |
Zakir Kərimov Dosent |
Elmira Süleymanova t.ü.f.d |