Ali təhsil sistemində elmi-pedaqoji kadr hazırlığında Azərbaycan Dövlət Pedaqoji Universiteti şərəfli yol keçmişdir. Onun bu şərəf payında Ümumi pedaqogika kafedrasının xüsusi yeri var.
1926/1927-ci tədris ilində ADU-nun Pedaqoji fakültəsində fəaliyyətə başlayan çoxsaylı kafedralar sırasında pedaqogika kafedrası da (pedaqogika və pedaqogika tarixi) olmuşdur. Pedaqogika kafedrası müstəqil kafedra kimi 1930-cu ildə-Azərbaycan Pedaqoji İnstitutu yenidən təşkil edilərkən yaradılmışdır. Bir professor (B.B.Komarovski), dörd dosent (Əşrəf Hacıyev, Mikayıl Rəhimli, Əhməd Kərəzi, Zəkuzadə), yeddi assitent (Mehdi Mehdizadə, Əhməd Seyidov, Əbdülkərim Əfəndiyev, İbrahim Əfəndiyev, Qənbər Əsgərov, Rəcəb Əfəndiyev, Gülrux Qədimbəyova) və bir laborantla ( Məmmədsəlim Tahirli) fəaliyyətə başlayan pedaqogika kafedrası ildən-ilə inkişaf etmiş, respublikada pedaqoji biliyin mərkəzinə çevrilmişdir. Geniş və hərtərəfli fəaliyyəti ilə fərqlənən kafedraya ilk vaxtlar dos.M.Rəhimli (1931-1937), sonralar dos. N.Asatur (1927-1942), prof. Ə.Seyidov (1943-1950 və 1956-1974), prof. M.Mehdizadə (1950-1951), prof. M.Muradxanov (1951-1956), 1974-1977-ci illərdə professorlar B.Əhmədov, N.Kazımov, S.Şəfiyev rəhbərlik etmişdir. 1933-cü ildə V.İ.Lenin adına APİ-də aspirantura şöbəsi açılmışdı və aspirantlardan 12 nəfəri pedaqogika ixtisasi üzrə idi.
XX əsrin 30-40-cı illərində pedaqogika elmi sahəsində çalışmış tanınmış pedaqoq və psixoloqlar öz elmi-pedaqoji fəaliyyətlərini bu kafedrada davam etdirmişlər. İsmayıl Qaryağdı, Mövsüm İsmayılzadə, N.Prunis (1932), Əli İsgəndərzadə (1933), Saleh Xəlilov (1934), Seyid Əliyev (1934), Dilrubə Mustafayeva, Zümrüd Axundova (1936), Məmməd Əlizadə (1936), İsrafil Hacıyev (1937), Surxay Hacıyev (1939), Əmir Tağıyev (1940) və başqalarının fəaliyyəti kafedra ilə daha sıx bağlı olmuşdur.
Böyük Vətən Müharibəsi zamanı (1941) gənc müəllim kadrlarının hazırlanması müvəqqəti olaraq ADU-da mərkəzləşdi. 1943-cü ildən APİ ADU-dan ayrıldığından pedaqogika kafedrası yenidən yaradıldı. O vaxt artıq dosent vəzifəsinə layiq görülmüş Əhməd Seyidov kafedra müdiri təyin edildi.
1947-ci ildə pedaqogika kafedrasının müdiri Ə.Seyidovun “XIX əsrdə Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi pedaqogika elmində yeni hadisəyə çevrildi. İlk milli pedaqogika elmlər doktoru meydana gəldi.
Ötən əsrin 50-ci illərində pedaqogika kafedrası elmi-pedaqoji kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirdi, tərkibi kəmiyyət və keyfiyyətcə yüksəldi. Həmin illərdə S. Babayeva (1951), H.Hacıyev (1952), Ə.Tağıyev (1952), T.Əfəndiyev (1954), H.Əhmədov, Ə.Yaqubi (1958), V.Mustafazadə, Ə.Hüseynova (1959) və başqaları pedaqogika kafedrasında elmi-pedaqoji fəaliyyətə başladılar. Həmin dövrdə kafedranın gənc kadrlarından N.Mustafayeva (1949), A.Kərimov (1953), T.Əfəndiyev (1954), İ.Vəlixanlı, B.Axundov (1955), N.Kazımov, M.Kazımov (1957), H.Əhmədov (1958), M.Məmmədov, Q.Məmmədov (1954), eyni zamanda Ə.Tağıyev (1954), Ə.Yaqubi (1955), V.Mustafazadə (1955) pedaqogika sahəsində tədqiqatlarını başa çatdıraraq namizədlik dissertasiyaları müdafiə etdilər.
Ümumi pedaqogika kafedrası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyuk laborant |
Laborant |
Sayı |
1 |
2 |
8 |
7 |
9 |
1 |
2 |
Ümumi pedaqogika kafedrasının yetirmələrinin coğrafiyası çox genişdir. Belə ki, bu kafedra Zaqafqaziya, Orta Asiya respublikaları və Şimali Qafqaz üçün elmi-pedaqoji kadr hazırlığında mühüm elmi mərkəz rolu oynamışdır.
Ötən illər ərzində Ümumi pedaqogika kafedrasının əməkdaşlarının fəaliyyəti məqsədyönlü olmuş, onlar müəllimliklə yanaşı dövrün tələblərinə uyğun elmi-tədqiqat işləri aparmış, metodiki xarakterli monoqrafiya, kitab və kitabçalar, elmi məqalələr hazırlamış, proqramlar, dərsliklər tərtib etmişlər.
Pedaqogika tarixindən ilk dərs vəsaitini pedaqogika kafedrasının dosenti Saleh Xəlilov hazırlamışdır. Sonra Türkiyədən dəvət olunmuş Xəlil Fikrət tərəfindən “Tərbiyə və tədris tarixi” adlı iki hissədən ibarət dərs vəsaiti 1924 və 1926-cı illərdə çap olunmuşdur. 1941, 1942, 1958-ci illərdə M.Mehdizadə, S.Xəlilov, D.Mustafayeva tərəfindən 2 hissədən ibarət “Pedaqogika” dərs vəsaiti çap olunmuş, prof.M.Muradxanovun rəhbərliyi altında 1964-cü ildə “Pedaqogika” dərs vəsaiti 1958-1959-cu illərdə Ə.Seyidov və Ə.Tağıyev tərəfindən “Pedaqogika tarixi”, 1969-cu ildə Ə.Seyidovun “Pedaqogika tarixi” kitabları çap olunmuşdur.
1990-2015-ci illərdə yeni tələblərə uyğun dərslik və dərs vəsaitlərinin tərtibi davam etdirilmişdir. H.Əhmədovun “Pedaqogika tarixi kursundan mühazirələr” (1987), B.Əhmədovun “Pedaqogikadan mühazirə konspektləri”, H.Əhmədovun “Из истории педагогики Азербайджана” (I-II-III hissə; I hissə İramin İsayevlə birlikdə) (1991, 1993, 1995), “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” (Azərbaycan və rus dillərində - 2001), 2014-cü ildə tam təkmilləşdirilmiş formada İ.Musayevin “Pedaqogikanın ümumi əsasları” (1992), B.Abdullayevin “Didaktika” (1997), İ.İsayevin “Pedaqogika” (1993, şərikli, 2003, 2006) kitabları çap olunmuşdur.
Ə.Paşayev, F.Rüstəmovun “Pedaqogika” (2002), F.Rüstəmovun “Pedaqogika tarixi” (2006) dərslikləri, M.İlyasovun “Didaktika” (2015) dərs vəsaitləri məhz bu illərin məhsuludur. Bununla bərabər son illərdə (2010-2020) kafedra əməkdaşlarından professorlar İ.İsayev, R.Hüseynzadə, dosentlər M.Həsənov, M.Nəzərov, K.Quliyeva, H.Cəfərov, S.Qurbanova, S.Orucova, Ş.Azadəliyeva, Ə.İsmayılxanova və başqaları pedaqogikanın müasir problemləri ilə bağlı 20-dək monoqrafiya, kitab, dərslik və dərs vəsaitləri nəşr etdirmişlər. Bunlardan “A.Səhhət və xalq maarifi”, “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək” (prof.İ.İsayev), “Pedaqogika”, I-II cild (prof.R.Hüseynzadə və F.İbrahimov), “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” (dos.H.Cəfərov), “Təhsilin sosiomədəni problemləri” (dos.M.Nəzərov), “Üzeyir Hacıbəyovun pedaqoji görüşləri” (dos.S.Orucova), “Kurikulum bələdçisi” (dos.K.Quliyeva), “Təhsil tərbiyənin müasir problemləri” (dos.Ş.Azadəliyeva), “Tədrisdə pedaqoji drama” (dos.Ə.İsmayılxanova) və başqalarını göstərə bilərək.
№ |
Fənnin adı |
|
Pedaqogika-1 |
|
Pedaqogika-2 |
|
Sosial pedaqogika |
|
Pedaqogikanın müasir problemləri |
|
Pedaqogikanın tarixi və metodologiyası |
|
AMMEF: Azərbaycan məktəb və pedaqoji fikir tarixi |
|
Ümumi pedaqogikanın nəzəri əsasları |
|
Pedaqogika tarixi |
|
Sosial pedaqogika |
|
Təhsil fəlsəfəsi |
|
Pedaqogikanın tədrisi metodikası |
|
Təhsil sistemində innovativ idarəetmə |
|
Pedaqoji ustalığın əsasları və səriştəli müəllim hazırlığı |
|
Pedaqoji texnologiyalar |
|
Təhsil menecmentinin tarixi və metodologiyası |
|
Milli kurikulumun ümumi əsasları |
|
Müqayisəli və beynəlxalq təhsil |
|
Təhsil tarixi |
İramin İsayev Kafedra müdiri |
Rüfət Hüseynzadə Professor |
Heydər Cəfərov Dosent |
Zoya Vəlibəyova Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Ümumi pedaqogika |
Akademik Həsən Əliyev küç. 104 |
(012) 465-03-18 (daxili-106) |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |