Kafedra 1970-ci ildən fəaliyyət göstərir. 2019-cu ilə qədər kafedra “İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası” kafedrası adlanırdı. 2019-cu ildən kafedra “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası” adı altında fəaliyyət göstərir. Kafedraya 1970-1982-ci illərdə prof.N.N.Allahverdiyev rəhbərlik etmişdir. Sonralar prof.H.Ə.Sadıxlı (1983-1988), dos.T.P.Gərayzadə (1988-2000), dos.D.M.Ələsgərov (2000-2005), c.ü.f.d., b/müəl.K.B.Bayramov (2005-2014) kafedra müdiri vəzifəsini icra etmişlər. 2014-cü ildən kafedraya dos.O.K.Alxasov rəhbərlik edir.
Coğrafiyanın tədrisi metodikası ixtisası üzrə kafedra respublikada elmi mərkəz rolunu oynamışdır. Ali məktəb tələbələri ümumtəhsil məktəb şagirdləri və müəllimlər üçün dərslik, dərs vəsaiti, proqram, metodik tövsiyə və praktikumlar hazırlanması kafedra əməkdaşlarının əsas vəzifələrindən biri olmuşdur.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası |
||||||
Vəzifənin adı |
Kafedra müdiri |
Dosent |
Baş müəllim |
Müəllim |
Böyük laborant |
Laborant |
Sayı |
1 |
6 |
4 |
7 |
2 |
2 |
Kafedrada müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 30-dan çox müxtəlif fənnin tədrisi həyata keçirilir.
Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.
Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq coğrafiyaçı alimlərin və pedaqoq mütəxəssislərin iştirakı ilə elmi seminarlar keçirilir. Təhsil müddətində tələbələrə qazandıqları biliklərin real həyatda istifadə edilməsi aşılanır. Bu mənada coğrafiyanın tədris metodikası sahəsində nəzəriyyə və praktika arasında körpü və tarazlıq yaratmaq kafedrada dəyər verilən önəmli istiqamət hesab olunur.
İqtisadi-sosial coğrafiya ixtisası üzrə kafedrada dos.Ç.Rəşidov, dos.S.R.Qaramollayev, dos.Ü.M.Əsədov, dos.L.Nəsibzadə, dos.T.Mirzəyeva, dos.A.Mirzəzadə, dos.Y.Mirzəyev, prof.A.Qurbanzadə, dos.Y.Q.İsmayılov, müəl.N.Rəhimov kimi mütəxəssislər çalışmışlar.
Kafedra əməkdaşları tədris prosesi ilə yanaşı geniş miqyaslı elmi-tədqiqat, elmi-pedaqoji və ictimai-siyasi tədbirlərdə iştirak edir. Kafedranın professor-müəllim heyəti iki istqamətdə - sosial-iqtisadi və coğrafiyanın orta və ali məktəblərdə tədrisi metodikası istiqamətində elmi-tədqiqat işi aparır.
Hazırda dos.O.K.Alxasov, dos.D.M.Ələsgərov, dos.M.İ.Verdiyeva, b/müəl.S.İ.Həsənova, müəl.F.A.Məmmədova, müəl.M.N.Sadiq “Coğrafiyanın tədrisi metodikası” ixtisası üzrə fəaliyyət göstərirlər. İqtisadi-sosial coğrafiya ixtisası üzrə isə kafedrada dos.M.X.Məmmədov, dos.S.H.İmanova, dos.R.S.Səfərov, b/müəl.K.B.Bayramov, b/müəl.Q.M.Səmədov, b/müəl.V.E.Tağıyeva, müəl.N.Zamanova, müəl.S.Ə.Əmirəliyeva, müəl.P.Orucova, müəl.L.M.Abasova, müəl.L.İ.Əliyeva çalışırlar.
Kafedranın istiqamətinə uyğun olaraq kafedra əməkdaşları iqtisadi-sosial coğrafiya ixtisası üzrə “Regionlarda təsərrüfatın və əmək ehiyatlarının ərazi təşkilinin qanunauyğunluqlarının və xüsusiyyətlərinin tədqiqi (İqtisadi coğrafiya və sosial coğrafi tədqiqat)” və coğrafiyanın tədrisi metodikası ixtisası üzrə “Ali və orta ümumtəhsil məktəblərində coğrafiya dərslərinin keyfiyyətinin yüksəldilməsi yolları” elmi-tədqiqat işləri aparırlar.
Ümumtəhsil məktəbləri üçün ilk milli coğrafiya dərsliklərin yazılmasında kafedra əməkdaşlarının böyük rolu olmuşdur. Prof.N.N.Allahveriyev (VII s.), dos.T.P.Gərəyzadə (IX s.), b/müəl.K.M.Əkbərov (X s.), dos.D.M.Ələsgərov (VII s.), dos.O.K.Alxasov (VII, IX s.) ənənəvi proqram əsasında yazılmış coğrafiya dərsliklərinin, dos.O.K.Alxasov (X s.) və b/müəl.Q.M.Səmədov (VII s.) isə kurikulum əsasında hazırlanmış yeni coğrafiya dərsliklərin müəlliflərindən biri olmuşlar.
Ali məktəb tələbələri üçün kafedrada çoxlu sayda dərslik, dərs vəsaitləri və və metodik tövsiyələr hazırlanmışdır. Kafedranın əməkdaşları dos.O.K.Alxasov “Coğrafiyanın tədrisi metodikası” (2013) adlı dərsliyinin, dos.M.X.Məmmədov “Dünya təsərrüfatı” (2011) adlı dərs vəsaiti, “Regional konseptual inkişaf: iqtisadi-ekoloji problemlər” (2014) adlı monoqrafiyanın, b/müəl.Q.M.Səmədov “Coğrafiya ensiklopediyası”nın (2012) müəllifləridir. Son illər b/müəl.K.Bayramovun “Dünyanın iqtisadi və sosial coğrafiaysı (Regional hissə)” (2019), “Təbiətdən istifadənin iqtisadi coğrafi və ekoloji problemləri”, dos.S.H.İmanovanın “Dünyanın iqtisadi və sosial coğrafiyası (Afrika ölkələri)” (2016), dos.M.İ.Verdiyevanın “Əxlaqi-mənəvi dəyərlər” (2015), b/müəl.V.E.Tağıyevanın “İqtisadi və sosial coğrafiyanın əsasları” (2018) və s. kimi dərs vəsaitləri çap olunmuşdur.
Son 5 ildə kafedrada aşağıdakı dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. dos.O.K.Alxasov “Coğrafiya (X sinif)” (2017) dərsliyinin, “Coğrafiya (X sinif)” (2017) adlı metodik vəsaiti, “Coğrafiya” (2018) 7-ci sinif üçün vəsaiti b/müəl.Q.M.Səmədovun “Coğrafiya (VIII sinif)” (2016) adlı dərsliyi, b/müəl.V.E.Tağıyevanın “İqtisadi və sosial coğrafiyanın əsasları” (2018) dərs vəsaiti, b/müəl.K.B.Bayramovun “Dünyanın iqtisadi və sosial coğrafiyası” (2019) adlı dərs vəsaiti, dos.S.H.İmanovanın “Dünyanın iqtisadi və sosial coğrafiyası (Afrika ölkələri)” (2016), b/müəl.K.B.Bayramov və F.A.Məmmədovanın “Dünyanın iqtisadi və sosial coğrafiyası” (2018) adlı dərs vəsaiti, dos.S.H.İmanovanın “Dünyanın iqtisadi və sosial coğrafiyası (Latın Amerikası, Afrika, Avstraliya və Okeaniya ölkələri)” (2016) adlı metodik tövsiyəsi nəşr olunmuşdur.
Kafedranın dosenti M.X.Məmmədov iqtisadi coğrafiya üzrə elmlər doktorluğu dissertasiya işini müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır. Kafedranın əməkdaşları L.Əliyeva, F.Məmmədova üzərində çalışdıqları fəlsəfə doktorluğu üzrə dissertasiya işlərini tamamlayaraq kafedrada müzakirə etmiş və Müdafiə Şurasına təqdim etmişlər.
Kafedrada bir elmlər doktorluğu (dos.M.İ.Verdiyeva) və bir fəlsəfə doktorluğu istiqaməti üzrə (A.S.Verdiyeva) elmi-tədqiqat işi aparır.
Kafedrada “Coğrafiyanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr hazırlığı aparılır və hazırda 16 nəfər magistr təhsil alır.
№ |
FƏNLƏR |
“COĞRAFİYA MÜƏLLİMLİYİ” VƏ “TARİX VƏ COĞRAFİYA MÜƏLLİMLİYİ” İXTİSASI (BAKALAVR) |
|
1 |
İqtisadi və sosial coğrafiyanın əsasları |
2 |
Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası) |
3 |
Regional iqtisadi coğrafiya |
4 |
Azərbaycanın iqtisadi coğrafiyası |
5 |
Əhali coğrafiyası |
6 |
Turizm coğrafiyası |
7 |
Coğrafiyanın tədrisinin nəzəri əsasları |
8 |
Coğrafiyanın tədrisi metodikası |
9 |
İstehsalın texniki iqtsadi əsasları |
10 |
Siyasi coğrafiya |
11 |
Türk dünyasının coğrafiyası |
12 |
Təbiətdən istifadənin iqtisadiyyatı |
13 |
Məktəb diyarşünaslıq kursu |
14 |
İqtisadi və sosial coğrafiyanın tədqiqat texnologiyaları |
15 |
Azərbaycanın turizm coğrafiyası |
16 |
Xəzərin coğrafiyası |
17 |
Coğrafiya təliminə müasir yanaşmalar (kurikulum) |
18 |
İnteraktiv təlim metodları |
19 |
Məktəb coğrafiya kursunda məsələ həllinin texnologiyası |
20 |
Cəmiyyət, ətraf mühit və davamlı inkişaf |
COĞRAFİYA FƏNNİNİN TƏDRİSİ METODİKASI VƏ METODOLOGİYASI İXTİSASI (MAGİSTRATURA) |
|
21 |
Coğrafiyanın tədrisi metodikasının müasir problemləri |
22 |
Coğrafiyanın tədrisi metodikasının tarixi və metodologiyası |
23 |
AMMEF (Coğrafiyanın tədrisi metodikasının tədqiqat metodları) |
24 |
Coğrafiyanın tədrisi texnologiyasının pedaqoji və psixoloji əsasları |
25 |
Coğrafiyanın təlim vasitələri |
26 |
Coğrafiyanın tədrisində İKT-dən istifadə |
27 |
Coğrafiya dərslərində interaktiv təlim |
28 |
Coğrafiya tədrisində diyarşünaslıq prinsipi |
29 |
Coğrafiyanın elmi-nəzəri əsasları |
30 |
Coğrafiyanın təliminin təşkili |
31 |
“Təbiət” məzmun xətti üzrə anlayışların formalaşdırılması |
32 |
“Cəmiyyət” məzmun xətti üzrə anlayışların formalaşdırılması |
33 |
Coğrafiya kabinələri və meydançalarında aparılan işlər |
34 |
Coğrafiya dərslərində səbəbiyyat əlaqələrinin təhlili və aparılması |
35 |
Xəritə və digər kartoqrafik vasitələr üzərində aparılan işlər |
36 |
Coğrafiya dərslərində sinifdənxaric işlərin aparılması |
37 |
Coğrafiya anlayış və təsəvvürlərin formalaşdırılması |
38 |
Coğrafiya dərslərində riyazi hesablamaların aparılması metodları |
39 |
Azərbaycanda davamlı inkişaf problemləri |
Kafedranın dosenti O.K.Alxasov 2009-cu və 2011-ci illərdə Türkiyə Respublikasında Ankara şəhərində təlim-tərbiyə kurulunda kurikulum üzrə kurslarda dinləyici olmuş və sertfikat almışdır. O, həmçinin Ankarada Hacıtəpə Universitetində (2010), Eskişehirdə Osmanqazi Universitetində (2013) Kocaeli Universitetində (2014), İstanbul şəhərində Texnik Yıldız Universitetində (2014) müxtəlif Elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2011-ci ildə O.Alxasov Cənubi Koreyaya dəvət olunmuş, Seul şəhərindəki məktəblərdə, Təhsil Nazirliyində, Koreya Akademiyasında görüşlər keçirmişdir. Onun Rusiyada (Tümen), Ukraynada (Poltava) elmi məqalələri çap olunmuşdur.
Kafedranın əməkdaşları bir sıra beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, nüfuzlu jurnallarda məqalələr çap etdirmişlər. Dos.S.H.İmanova, dos.R.S.Səfərov, müəl.F.A.Məmmədova, b/müəl.N.N.Axundova (Türkiyə), b/müəl.V.E.Tağıyeva (Rusiya Federasiyası) müxtəlif beynəlxalq konfranslarda iştirak etmişlər. Kafedranın AMEA-nın akad.Həsən Əliyev adına Coğrafiya İnstitutu, BDU, SDU, LDU və elmi mərkəzlərlə elmi əlaqələri qurulmuş, birgə tədbirlər və görüşlər keçirilir. Dos.O.K.Alxasov Azərbaycan Coğrafiya Cəmiyyətinin idarə heyətinin üzvü, “Coğrafiya və təbii resurslar” jurnalının redaksiya heyətinin üzvü kimi fəal ictimai iş aparır, DİM ilə yaxından əməkdaşlıq edir, prqoram və testlərin hazırlanmasında fəal iştirak edir. Kafedranın baş müəllimi S.İ.Həsənova “ERASMUS+” proqramı üzrə iki dəfə (2019, 2022) Danimarka Universiteti kollecində olmuş, burada tələbələrə ingilis dilində mühazirələrə oxumuşdur. Həmçinin Danimarka Universitet Kollecinin 3 əməkdaşı ADPU-da qonaq olmuş, kafedrada mühazirələr oxumuş, respublikamızın tarix və təbiət abidələri ilə tanış olmuş, məktəblərdə şagirdlərlə görüşmüşlər.
Oqtay Alxasov Kafedra müdiri |
Məlikməmməd Məmmədov Dosent |
Mirvari Verdiyeva Dosent |
Sona İmanova Dosent |
Kafedra 1970-ci ildən fəaliyyət göstərir. Müxtəlif vaxtlarda prof. N.N.Allahverdiyev, prof. H.Ə.Sadıxlı, dos. T.P.Gərayzadə, dos. D.M.Ələsgərov ona rəhbərlik etmişlər. Hal hazırda dos. Kərəm Bayramov kafedraya rəhbərlik edir. Kafedra əməkdaşları ilk günlərdən başlayaraq respublikada Coğrafiya elminin inkişafına, yüksək ixtisaslı coğrafiya müəllimi hazırlığına diqqətlə yanaşmışlar. Kafedra üzrə olan gənc müəllimlər və tədris köməkçi heyətinin dərindən ixtisaslaşmasına, magistrlərin hazırlanmasına ciddi fikir verilir. Regionların sosial-iqtisadi inkişafı, ali və orta məktəbdə coğrafiyanın tədrisinin keyfiyyətini yüksəltmək istiqamətlərində elmi tədqiqat işi aparırlar.
“Azərbaycan coğrafiyası və CTT” kafedrası respublikada ali təhsilin bakalavriat və magistratura pillələrində “Coğrafiya müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.
Kafedra, müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun kəmiyyətlərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 30-dan çoxmüxtəlif fənnin tədrisini həyata keçirir.
Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.
Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi coğrafiyaçı olaraq alimlərin və pedaqoq mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirilərək onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir.
Kafedrada İqtisadi və sosial coğrafiyanın bütün sahələri ilə yanaşı bu fənlərin tədrisi metodikası da tədris olunur. Kafedra əməkdaşları iki istiqamətdə - “Regionların sosial-iqtisadi inkişafı” və “Ali və orta məktəblərdə coğrafiyanın müasir tədrisi metodikası problemləri” istiqamətində elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində tədris kabinələri, təlimdə texniki vasitələr laboratoriyası, magistrlər üçün xüsusiləşdirilmiş kabinə fəaliyyət göstərir.
Kafedrada nəzəri bilikləri təcrübi şəkildə əlaqələndirmək, tələbələrin hərtərəfli inkişaf etmiş, savadlı, qabiliyyətli və dünyagörüşlü inkişafı üçün uzaq kompleks çöl təcrübələri həyata keçirilir. Bakı şəhərinin nümunəvi orta məktəblərində coğrafiya fənlərinin müasir tədris metodları ilə öyrədilməsində fəal iştirak edir, şagirdlər və orta məktəb kollektivi ilə birgə tədbirlər, viktorinalar, müsabiqələr, tədrisin keyfiyyətini artırmaq üçün elmi-təcrübi konfranslar təşkil edirlər. Kafedra əməkdaşlarından dos.K.B.Bayramov, dos.M.X.Məmmədov, dos.Y.Q.İsmayılov ali məktəblər üçün dərs vəsaitləri, metodik tövsiyyələr, dos. O.K.Alxasov, dos. D.M.Ələsgərov, b/m.M.İ.Verdiyeva orta məktəblər üçün dərslik, dərs vəsaitləri, praktikum hazırlığında fəal iştirak edir. O.K.Alxasov orta məktəblərin VII, IX və X, D,Ələsgərov VII, Q.M.Səmədov VIII sinifləri üçün dərsliklərin müəllifləridir. Kafedra müxtəlif ali məktəblərin müvafiq kafedraları, AMEA-nın H.Əliyev adına Coğrafiya institutunun, Təhsil Nazirliyinin Təhsil İnstitutunun müvafiq şöbələri ilə elmi-pedaqoji və elmi-tədqiqat işləri aparır, elmi seminar və konfranslarda iştirak edir.
K.Bayramov, Y.İsmayılov, S.İmanovanın “Latın Amerikası ölkələri”, K.Bayramovun “Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri”, M.Məmmədovun “Dünya təsərrüfatının coğrafiyası” dərs vəsaitləri ali məktəb tələbələri və magistrləri üçün hazırlanmış vəsaitdir.
№ |
Fənnin adı |
|
Əhali coğrafiyası |
|
Dünyanın iqtisadi və sosial coğrafiyası |
|
Coğrafiyanın tədrisi metodikası |
|
Azərbaycanın iqtisadi və sosial coğrafiyası |
|
İstehsalın texniki-iqtisadi əsasları |
|
Dünya təsərrüfatının coğrafiyası |
|
İqtisadi coğrafiyaya giriş |
|
Xəzərin iqtisadi coğrafiyası |
|
Regionların iqtisadi coğrafiyasi |
|
Avropa ölkələrinin coğrafiyası |
|
Ümumitəhsil kurikulumun əsasları |
|
Xəzərin iqtisadi coğrafiyası |
|
Coğrafiyanın tədrisinin müasir problemləri |
|
CTM tarixi və metodologiyası |
|
CTM tədqiqat metodları |
|
CTM pedaqoji və psixoloji əsaslar |
|
Coğrafiyanın təlim vasitələri |
|
Məktəb coğrafiyasında İKT-dən istifadə |
|
Coğrafiya dərslərində interaktiv təlim |
|
Coğrafiya tədrisində diyarşünaslıq prinsipi |
|
Məktəb coğrafiyasının elmi-nəzəri əsasları |
|
Coğrafiya təliminin əsasları |
|
“Təbiət” məzmun xətti üzrə anlayışların formalaşması |
|
“Cəmiyyət” məzmun xətti üzrə anlayışların formalaşması |
|
Coğrafiya kabinələri və meydançalarında aparılan işlər |
|
Xəritə və digər kartoqrafik vasitələr |
|
Coğrafiya dərslərində riyazi hesabların aparılması metodları |
Kafedranın dosenti O.K.Alxasov 2009-cu və 2011-ci illərdə Türkiyə Respublikasında Ankara şəhərində təlim-tərbiyə kurulunda kurikulum üzrə kurslarda dinləyici olmuş və sertfikat almışdır. O, həmçinin Ankarada Hacıtəpə Universitetində (2010), Eskişehirdə Osmanqazi Universitetində (2013) Kocaeli Universitetində (2014), İstanbul şəhərində Texnik Yıldız Universitetində (2014) müxtəlif Elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2011-ci ildə O.Alxasov Cənubi Koreyaya dəvət olunmuş Seul şəhərindəki məktəblərdə, Təhsil Nazirlirliyində, Koreya Akademiyasında görüşlər keçirmişdir. Onun Rusiyada (Tümen), Ukraynada (Poltava) elmi məqalələri çap olunmuşdur. Türkiyədə çap olunacaq yeni Təhsil jurnalına (Eğitim Dərgisi) redaksiya heyətinə üzv kimi dəvət olunmuşdur.
Kafedranın dosenti S.H.İmanova Antaliyada keçirilən Təhsil konfransında (aprel 2017) iştirak edərək elmi məruzə ilə çıxış etmişdir. F.Məmmədova və N.axundova Kocaeli Universitetində keçirlən konfransda (2014) elmi məruzə ilə çıxış etmişdir. Dos.M.Məmmədovun Rusiyada (Sankt Peterburq), b/müəl.N.Axunivanın, müəl.L.İ.Əliyevanın, dos.S.İmanovanın Rusiyada elmi məqalələri çap olunmuşdur
Oqtay Alxasov Kafedra müdiri |
Məlikməmməd Məmmədov Dosent |
Mirvari Verdiyeva Dosent |
Sona İmanova Dosent |