Previous Next

Coğrafiya müəllimliyi ixtisanın tələbələri Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olmuşalr

21 aprel 2024cü il tarixində "Azərbaycan coğrafiyası və CTT" kafedrasının müəllimi Pakizə Orucova Coğrafiya müəllimliyi ixtisasının II və III kurs tələbələri ilə birgə Qala qəsəbəsində yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyada olmuşlar. Muzey və ekspozisiyalar haqqında muzeyin bələdçisi tələbələrə ətraflı məlumat vermişdir. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu tarixinin 5000 il əvvələ aid olduğu Qala qədim yaşayış məskənidir. Arxeoloji Etnoqrafik Muzey Kompleksi Qala qoruğu ərazisində açıq səma altında yaradılmışdır. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri mövcuddur. Muzey kompleksinin daxilində tələbələr Arxeoloji etnoqrafik muzey kompleksi, Qala qəsri, Tullantıdan sənətə muzeylərində olmuşlar.

Search