Previous Next

Tarix və coğrafiya fakültəsinin müəllimləri Danimarkada beynəlxalq həftədə iştirak ediblər

08-12 aprel tarixlərində təşkil olunmuş Beynəlxalq həftə çərçivəsində Kopenhagen Universitet Kollecində (KP) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin "Azərbaycan coğrafiyası və CTT” kafedrasının müəllimi Əliyeva Leyla və “Fəlsəfə və sosial elmlər” kafedrasının müəllimi Quliyeva Lalə Coğrafiya fənni üzrə dərs müşahidələri aparmış, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları əyani vəsaitlərlə tanış olmuşlar. Ditte Marie Pagaard ilə “Dayanıqlı inkişaf və Urbanizasiya” mövzusunda çöl təcrübəsində iştirak etmiş və Peter Mikael Hansenin “Tektonik tavaların hərəkətliyiyi” mövzusunda tərtib etdiyi dərsdə iştirak etmişdir. "Dayanıqlı inkişaf və Urbanizasiya", “Coğrafiyaya kurrikulumun tətbiqi”, "Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili" ilə bağlı KP və ADPU coğrafiyaçıları arasında təcrübələrin öyrənilməsi və tətbiq olunması müzakirə olunmuşdur.

Search