Previous Next

Tarix və coğrafiya fakültəsinin müəllimləri Danimarkanın Kopenhagen Universitet Kollecində (KP) Erasmus+ mübadilə proqramı çərçivəsində təşkil olunmuş Beynəlxalq həftədə iştirak etmişlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin “Azərbaycan coğrafiyası və CTT” kafedrasının müəllimi Əliyeva Leyla və “Fəlsəfə və sosial elmlər“ kafedrasının müəllimi Quliyeva Lalə 08.04-12.04.2024 tarixlərində, Danimarkanın Kopenhagen Universitet Kollecində (KP) Erasmus+ mübadilə proqramı çərçivəsində təşkil olunmuş Beynəlxalq həftədə iştirak etmişlər. “Potensialları və çətinlikləri tarazlayan - Rəqəmsal Həyat" mövzusuna həsr olunmuş beynəlxalq həftədə müxtəlif ölkələrdən 100-dən çox akademik heyət iştirak etmişdir. "Rəqəmsal bacarığı təhsilə necə inteqrasiya etmək olar?“, “ Texnologiya ilə bütünlənmiş müasir dünyada, təhsildə rəqəmsal savadlılığı və bacarıqları necə inkişaf etdiririk”, “ Rəqəmsal alətlər və bacarıqlar”, “Məktəblərdə rəqəmsallaşdırma", “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi”, “ Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” və s. mövzularında təqdim edilən mühazirə, workshop və müzakirələr (debatlar) böyük maraqla qarşılanmışdır. Beynəlxalq həftə çərçivəsində Gürcüstanın İliauni Universitenin əməkdaşı Tina Kiguradze, Türkiyənin Aydın Universitenin nümayəndəsi Mehmet Reşat Başar ilə əlaqəlar yaradılmış və gələcəkdə universitetlərarası əlaqələrin möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. ADPU-nun Kopenhagen Universitet Kollecindəki Erasmus+ mübadilə proqramı tələbələri ilə də görüş baş tutmuşdur.

Search