Magistrant və tələbələrdən ibarət ADPU komandası “Ümumrespublika bilik yarışı”nda iştirak edib. Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrant və tələbələrindən ibarət komandası “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla iştirak edib. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında ümumilikdə 49 ali təhsil müəssisəsi təmsil olunub. Qeyd edək ki, yarış ərəfəsində müsabiqəyə hazırlıq məqsədilə ADPU tələbə və magistrantları arasından seçilmiş təmsilçilərinin Universitetin “Azərbaycan tarixi” kafedrasının baş müəllimi Cəfər Xanəliyevin rəhbərliyi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bilik yarışında ADPU, Tarix və coğrafiya fakültəsi, “Azərbaycan tarixi” kafedrasının baş müəllimi Cəfər Xanəliyevin rəhbərlik etdiyi komandanı Universitetin aşağıda adları qeyd olunan magistrant və tələbələri təmsil etmişdir:
1. Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə V kurs tələbəsi, yarışda komanda kapitanı Tərlan Ağayev.
2. “Tarix müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Ramil Mehdili.
3. “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə II kurs magistrantı Asim İbrahimov.
4. “Tarix fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə I kurs magistrantı İsmayıl Nəsirov.
5. SABAH proqramında “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə II kurs magistrantı Samir Nəsibzadə.
6. SABAH proqramında “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə II kurs magistrantı Rasim Həsənzadə.
7. SABAH mərkəzinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nərgiz Quluzadə.
8. SABAH proqramında “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə I kurs magistrantı Ceyla Səmədzadə.