09.12.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Təhsil Könüllüləri İctimai Birliyi və TƏTƏBBÖ klubunun təşkilatçılığı ilə “Formal, yoxsa qeyri-formal təhsil” adlı debat keçirilmişdir. Tədbirdə fakültə dekan müavinləri f.ü.f.d Paşa Quluzadə, b/m. Səmayə Həsənova, Magistratura və doktorantura şöbədinin müdiri s.e.ü.f.d. Rəşad Sadıqov, p.ü.f.d. Kəmalə Quliyeva və tələbələr iştirak etmişlər. Layihə Təhsil Könüllüləri İctimai Birliyi Tarix və Coğrafiya fakültəsinin rəhbəri Seyranə iİbrahimova və TƏTƏBBÖ klubunun rəhbəri Asəf Hüseynovun iştirakçılara debat haqqında məlumat verməsilə başlamışdır. Debatda iştirak edən 2 komanda - Sirius komandası formal təhsilin üstünlükləri, Polad komandası qeyri-formal təhsilin üstünlüklərini öz arqumentləri ilə müdafiə etmişlər. Öz fikrlərini əsaslandırılmış şəkildə müdafiə edən, çarpaz suallar zamanı da üstünlük göstərən Polad komandası qalib gəlmiş və diplomlarla mükafatlandırılmışdır. Polad komandasını təbrik edir, hər iki komandaya uğurlar arzu edirik.