Previous Next

“ADPU Tarix və coğrafiya fakültəsində Natiqlik və Ünsiyyət mövzusunda təlim keçirilib”

11 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Natiqlik və ünsiyyət mövzusunda təlim baş tutmuşdur. Təlimçi və natiq Zaur Cahangirov tələbələrə bu sənətin müxtəlif aspektləri haqqında məlumat vermişdir. Eyni zamanda interaktiv və maraqlı diskussiyalar aparılmışdır.

Search