29 aprel – 29 may 2024-cü il tarixlərində Tarix və coğrafiya faklütəsində “Coğrafiya müəllimliyi” və “Tarix-coğrafiya müəllimliyi” ixtisasları üzrə Çöl təcrübəsi təşkil olunmuşdur. Tələbələr bu müddət ərzində Abşeron milli parkında, Atəşgah məbədində, Qala arxeoloji-etnoqrafik muzey kompleksində, Altıağac Milli Parkında (Xızı inzibati rayonu) olmuşlar. Tələbələr Milli parklar haqqında geniş məlumat əldə ediblər, əraziyə xas olan bitki, heyvanat aləm ilə tanış olmuş, dağların zəngin süxurlarını, torpaq ehtiyatlarını öyrənmişlər.