31 may 2024-cü il tarixində Tarix və coğrafiya fakültəsində növbəti Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan məsələlər 2023/2024-cü tədris ilinin Yaz semestrinin imtahan sessiyası, buraxılış işlərinin və magistr dissertasiyalarının hazırlıq vəziyyəti haqqında olmuşdur. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə olunmuşdur.