29.05.2024-cü ildə ADPU Tarix və coğrafiya fakültəsi Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının “İqtisadi coğrafiya” ixtisası üzrə doktorantı Abasova Lamiyə Məhəmməd qızının “Azərbaycan Respublikasında Rayon əmələgətirici şəhərlərdə sənayenin kompleks inkişaf modelinin hazırlanması” mövzusunda Elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə kafedranın müdiri p.ü.f.d., dos. Oqtay Alxasov açmış və mövzunun aktuallığından bəhs etmişdir. Elmi seminarda doktorant sənaye rayonları, yəni son illərdə dövlət proqramları əsasında respublikamızda həyata keçirilən tədbirlər və onların nəticələri olaraq açılmış yeni iş yerləri haqqında məlumat verdi. Tədbirin sonunda müzakirələr oldu. Doktorant kafedra əməkdaşlarının suallarını cavablandırdı.