22.04.2025 tarixində Azərbaycan Dövlət Pedoqoji Universiteti, Tarix və coğrafiya fakültəsində “Dünya bizim evimizdir” adlı Coğrafiya günü keçirilmişdir. Tədbir Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Mehmanə Sadiqin təşkilatçılığı, təcrübəçi tələbələr və Tərəqqi dərnəyi üzvlərinin iştirakı ilə baş tutmuşdur. Tədbir Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələr tərəfindən izlənilmişdir.
Tədbirdə “Zamanda səyahət”, “Planetlərin söhbəti”, “Xristofor Kolumb və Bartolomey Diaş" kimi səhnəciklər, “Rachuli”, “Dərvişxanı” rəqsləri nümayiş etdirilmişdir. Eyni zamanda tədbirdə tələbələrimiz tərəfindən Bəxtiyar Vahabzadənin “Qaliley” şeiri və tarda milli musiqilərimiz səsləndirilmişdir.