14 aprel 2025ci il tarixində "Azərbaycan coğrafiyası və CTT" kafedrasının müəllimi Pakizə Orucova Coğrafiya müəllimliyi ixtisasının III kurs tələbələri ilə birlikdə Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər. Kilsədə tələbələri keşiş Roman Çertıkov qarşılayıb, onlar üçün ekskursiya keçirib, suallarını cavablandırıb. Daha sonra tələbələr Pakizə xanımla birlikdə “Şirvanşahlar Sarayi Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinə ekskursiyada olmuşlar. Muzey və ekspozisiyalar haqqında muzeyin bələdçisi tələbələrə ətraflı məlumat vermişdir. Kompleksin Yaşayış binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, Key Qubad məscidinin qalıqları, Sultan Murad darvazası, Ailə türbəsi, Şah məscidi və Saray hamamı dövrümüzə qədər gəlib çatmış və 2000-ci ildə UNESCO-nun “Dünya Mədəni İrs Siyahısı”-na daxil edilmişdir. Ekskursiyanın sonunda tələbələr Miniatür Kitab Muzeyində də olmuşlar.