Previous Next

"Danışır Xocalı"

Fevralın 24-də ADPU-nun Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti, ADPU könüllüləri təşkilatı ilə birlikdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Fakültə TEC-in sədri, tarix üzrə fəlsəfə doktoru Taleh Ceferov Xocalı soyqırımının, eləcə də Vətən müharibəsində şəhid olan soydaşlarımızın əziz xatrəsinə 1 dəqiqəlik sayqıduruşu elan etdi, Xocalı soyqırımının tarixi, onun baş vermə səbəbləri, erməni işgəncələri, ermənilərin tərbiq etdiyi cinayətkar əməllər barədə məlumat verdi. Daha sonra məruzə etmək üçün söz AMEA -nın Mərkəzi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mubariz Göyüşlüyə verildi. Mübariz Göyüşlü Xocalı soyqırımın baş vermə ərəsfəsində ölkədəki siyasi vəziyyətdən, Xocalı ətrafında yaranan gərginlikdən, eləcə də Xocalının öz taleyi ilə baş-başa qalmasından, şəhərdə törədilən erməni vəhşiliklərindən danışdı. Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kompaniyası xətti ilə bütün dünyada Xocalı soyqırımı həqiqətlərinin tanıdılması istiqmətində görülən işlərdən danışdı. Daha sonra tədbir Tələbə Elmi Cəmiyyətinin tələbələri və ADPU könüllülərinin çıxışları ilə davam etdi. Sonda tədbirdə xatirə fotosu çəkildi.

Search