16 fevral tarixində Tarix və coğrafiya fakültəsində IV tədris ili tələbələri üçün pedaqoji və istehsalat təcrübəsinin başlanması ilə əlaqədar iclas keçirilmişdir. İclasda kafedra müdirləri, fakültə üzrə pedaqoji təcrübə rəhbərləri, ixtisaslar üzrə metodist rəhbərlər, pedaqoqlar, psixoloqlar, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, Sosial iş ixtisası tələbələri iştirak etmişlər. İclasda təcrübənin gedişi, ümumi qaydalar, tələbələrin təhkim olunduqları məktəblər, qurumlar və s. ilə bağlı məlumat və göstərişlər verilmişdir. Təcrübə müddətinin ixtisaslardan asılı olaraq 10-14 həftə davam etməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində nəzəri bilik və bacarıqlarını təcrübədə tətbiq etmək imkanı olacaq tələbələrimizə uğurlar arzu edirik.