16.10.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyi, Sosial fəaliyətlər şöbəsinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş "O Kimdir?, Ora haradır?" adlı intellektual yarış baş tutmuşdur. Yarışda Tarix və Coğrafiya fakültəsinin tələbələrindən ibarət "Qarabağ", "Balıkesir Bandırma", "Xəmsə" və "Şairlər" adlı 4 komanda iştirak etmişdir.
İlk növbədə komandalara Sosial fəaliyyətlər şöbəsinin rəhbəri Mirvaleh Ağazadə tərəfindən yarış baradə ümumi məlumat verilmişdir.
İlk mərhələdən "Qarabağ" və "Balıkesir Bandırma" komandaları yüksək bal toplayaraq, final mərhələsində gərgin mübarizə aparıblar. Finalda "Balıkesir Bandırma" komandası ən yüksək balı toplayaraq qalibiyyət əldə etmişdir. "Balıkesir Bandırma" komandasını təbrik edir, "Qarabağ", "Şairlər" və "Xəmsə" komandalarına isə iştirakları üçün təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!