Previous Next

Tarix və coğrafiya fakültəsində Elmi şuranın növbəti iclası keçirilmişdir

16 oktyabr 2024-cü il tarixində Tarix və coğrafiya fakültəsində Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan məsələlər Tarix və coğrafiya fakültəsinin Elmi Metodiki Şurasının iş planının təsdiqi və elmi tədqiqat işlərinin vəziyyəti haqqında olmuşdur. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə edilmişdir. Asif Axundov Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Təranə Murad qızı İsayevaya yubiley münasibətilə Universitet rəhbərliyinin Fəxri fərmanını təqdim etmişdir.

Search