Previous Next

Azərbaycan tarixinin problemləri mənbələrin işığında

2024-cü il 23 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsi Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan tarixinin problemləri mənbələrin işığında” mövzusunda Elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova mövzunun aktuallığından bəhs edərək mənbələrlə bağlı dərsliklərdə kifayət qədər ziddiyyətli məqamların olduğunu və bunların bir qisminə bu seminarda aydınlıq gətirələcəyindən bəhs etdi.

Elmi seminarda məruzəçi Qafqaz tarixi mərkəzinin direktoru dos. Rizvan Hüseynov “Azərbaycan tarixinin problemləri mənbələrin işığında” mövzusunda çıxış edərək qədim və orta əsr mənbələri, xüsusilə ərəb mənbələri, Avropa mənbələri, rus mənbələrində Azərbaycanla bağlı məsələlərə aydınlıq gətirdi. Məruzəçi “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı monoqrafiyasını tələbələrə təqdim edərək erməni məsələsində Avropa mənbələrinin təsir gücündən bəhs etdi.
Tədbirin sonunda müzakirələr oldu. Məruzəçi tələbə və müəllimlərin suallarını cavablandırdı.

Search