Aprelin 3-də "100MİN" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Tarix və Coğrafiya, Kimya və Biologiya fakültəsinin birgə təşkilatçılığı ilə "Pəncərə" filminin nümayişi baş tutub.
Tələbələr filmdəki qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan "tərbiyəçi"- müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri müzakirə ediblər, sonda xatirə şəkili çəkdirilib.