04.04.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsi Tərəqqi dərnəyinin Sosial fəaliyyətlər şöbəsinin təşkilatçılığı ilə "Gələcəyin ən yaxşı müəllimi" lahiyəsinin birinci mərhələsi baş tutmuşdur. Layihə "Sosial fəaliyyətlər" şöbəsinin rəhbəri Əhəd Kərimli tərəfindən iştirakçılara izah edilmiş və mövzu seçimində uğur qazanan 7 tələbə öz mövzuları üzrə təqdimatlarını nümayiş etdirmişlər. Münsiflər heyəti olaraq Azərbaycan coğrafiyası və CTT kafedrasının müəllimləri - Mehmanə Sadiq, Pakizə Orucova; Ümumi Pedaqogika kafedrasının müəllimləri Səbinə Sadıqova, Aytən Daşdəmirova və Tərəqqi dərnəyinin sədri Seyranə İbrahimova tələbələri müxtəlif meyarlar üzrə qiymətləndirmişlər. Mövzularını ən yaxşı müdafiə edən 3 tələbə - Elgün Əzizov, Güllü Əsgərova, Samir Hüssöyünov növbəti mərhələyə vəsiqə qazandılar. Sonda ən yüksək bal toplayan və birincilik qazanan Elgün Əzizova kitab hədiyyə edildi.