Previous Next

Tarix və coğrafiya fakültəsində “Azərbaycan tarixşünaslığında xürrəmilik: həqiqətlər və təhriflər” adlı elmi seminar keçirildi

22.11.2023-cü ildə ADPU-nun Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin Azərbaycan tarixi kafedrası ilə birgə “Azərbaycan tarixşünaslığında xürrəmilik: həqiqətlər və təhriflər” adlı elmi seminar keçirildi. Görüşə tarixçi-tədqiqatçı Ceyhun Bayramov dəvət edilmişdi. Tədbiri giriş sözü ilə açan Fakültə TEC-in sədri, t.ü.f.d., b/m Taleh Cəfərov çıxış edərək TEC-in xətti ilə keçirilən son tədbirlərdən, tələbələrlə alimlərin maraqlı mövzular ətrafında mütəmadi görüşlərin keçirilməsindən danışdı. Daha sonra söz ardıcıl olaraq Azərbaycan tarixi kafedrasının müdiri t.ü.f.d., dosent Naibə Əhmədovaya və Ceyhun Bayramlıya verildi. Ceyhun Bayramlı Sovet konyekturasının kölgə saldığı tarixi şəxsiyyətlərimizdən Babəkin adını xüsusi olaraq qeyd etdi. Bildirdi ki, sovet tarixşünaslığında Babək dönük, kafir, dindən uzaq, zınddıq kimi göstərilir. Onun etnik kimliyi üzərinə bilərəkdən kölgə sərilir, dolaşdırılır, Azərbaycan türklüyündən uzaqlaşdırılır. Eyni zamanda Xürrəmiliyin ideoloji-fəlsəfi aspektləri də yanlış istiqamətə yönəldilir. Düzdür, Xürrəmilik hərəkatı ilə bağlı hələ sovet dövründən akademiklər Z.M.Bünyadov və N.Vəlixanlının araşdırmaları diqqət çəkmişdir. Lakin bu yetərli olmadığından bu istiqamətdə tədqiqatlar aparmağa qərar verdim. Şükürlər olsun ki, bu istiqamətdə bir sıra araşdırmalar aparıldı və indiyə kimi 3 kitab işıq üzü göprmüşdür. Daha sonra çıxış üçün söz əvvəlcə dos. Eldar Hacıyevə, ardından dos. Zakir Kərimova verildi. Tədbir müzakirələrin ardından sona yetdi.

Search