Previous Next

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Şirvan xanlığı və Orta Əsr Ağsu şəhər”i adlı elmi seminar keçirilmişdir

28 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və coğrafiya fakültəsinin “Ümumi Tarix və TTT” kafedrasının “Orta Əsr Ağsu şəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Şirvan xanlığı və Orta Əsr Ağsu şəhər”i adlı elmi seminar keçirilmişdir. Seminarda ADPU tarix və coğrafiya fakültəsi, Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası Kafedrasının müəllimləri, tarix üzrə fəlsəfə doktoru Günel Buludzadə, Sadık Çetin, ADPU-nun tarix və coğrafiya fakültəsinin 2-ci və 3-cü kurs tələbələri, Ağsu qoruğunun əməkdaşları Xoşqədəm Əkbərova və Nazənin Mürsəlova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Ümumi Tarix və TTT” kafedrasının müəllimi t.ü.f.d Buludzadə Günel Ağsu şəhərindəki son tədqiqatlardan bəhs etmiş və elmi seminarların təşkilinin mədəni irsimizi qorumaq, tanıtmaq, tələbələrin gələcək tədqiqatçı kimi yetişməsində böyük rol oynadığını bildirdi. Daha sonra ardıcıl olaraq sözü “Orta Əsr Ağsu şəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova və Miras İctimai Birliyinin sədri t.ü.f.d Fariz Xəlilli davam edərək 2019-cu il oktyabrın 22-si Orta Əsr Ağsu şəhərinin Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsindən, Ağsu şəhərində aparılmış qazıntılardan, aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən, şəhər infrastrukturundan geniş bəhs etmişdirlər. Seminarın sonunda tələbələrlə arxeoloji qazıntılar və orta əsrlərə dair debat təşkil edilmişdir. Sonda Universitetin kitabxanasına Ağsu Qoruğunun nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.

Search