Previous Next

Fakültə Elmi şurasının növbəti iclası keçirilmişdir

2 noyabr 2023-cü il tarixində Tarix və coğrafiya fakültəsində növbəti Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan ilk məsələ ilə bağlı prof. M.Əmirov çıxış edərək Tarix və coğrafiya fakültəsinin Tədris Metodiki Şurasının hesabatını təqdim etmişdir. Gündəlikdəki ikinci məsələ - Elmi Metodiki və elmi tədqiqat işlərinin vəziyyəti haqqında kafedra müdirləri məlumat vermişdir. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə olunmuşdur.

Search