31.10.2023 - 02.11.2023 tarixlərdə
Tarix və Coğrafiya fakültəsinin Azərbaycan Coğrafiyası və CTT kafedrasının müəllimi Sadiq Mehmanənin rəhbərliyi ilə Coğrafiya müəllimliyi ixtisasının 2101 və 2103 qrupları ilə Geologiya muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr muzeydə fəaliyyət göstərən regional geologiya, Azərbaycanın mineral resursları (filiz faydalı qazıntıları, qeyri-filiz faydalı qazıntıları), petroqrafiya, mineralogiya, paleontologiya bölmələri ilə, həmçinin müxtəlif məzmunlu geoloji xəritələr və fotostendlərlə tanış olublar. Tələbələr baş mütəxəssis, geoloq İbrahimova Nahidə xanım tərəfindən ölkənin bütün bölgələrindən 5000 dağ süxuru, mineral və kristallar haqqında məlumatlar da əldə ediblər. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd tələbələrin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha da maarifləndirməkdən ibarət idi.