Previous Next

ADPU-nun əməkdaşı T-network təhsil platformasının təşəbbüsü və Estoniya təhsil akademiyasının birgə əməkdaşlığı nəticəsində Estoniya və Finlandiyada məktəb təcrübəsi ilə əlaqədar layihədə iştirak etmişdir.

Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimova Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan T-network təhsil platformasının təşəbbüsü və Estoniya təhsil akademiyasının birgə əməkdaşlığı nəticəsində Estoniya və Finlandiyada məktəb təcrübəsi ilə əlaqədar layihədə iştirak etmişdir. Layihəni əsas məqsədi Estoniya və Finlandiya təhsil sistemində qabaqcıl təcrübənin izlənilməsi və öyrənilməsi idi. Layihə 22.08.2023-cü il tarixindən 29.08.2023-cü il tarixinədək davam etmişdir. Estoniya və Finlandiya təhsil sistemi dünyada seçilmiş təhsil sistemlərindən biridir. Bu layihədə Respublikanin hər yerindən təhsil işçiləri iştirak etmişdir. Sonda layihə iştirakçıları sertifikatlarla təltif olunmuşdur.

Search