25 may tarixində Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Gənc tarixçilər" adlı elmi konfrans keçirildi. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, t.ü.f.d., b/m Taleh Cəfərov konfransı açıq elan edərək Tələbə Elmi Cəmiyyətinin 2022-2023-cü tədris ilində keçirilən konfrans, elmi seminarlar, disputlar haqqında məlumat verdi. Konfrans zamanı ardıcıl olaraq fakültənin dekanı dos. A.Axundov, ADPU TEC-nin sədri prof. Əli Zalov, Fəlsəfə və sosial fənlər kafedrasının müdiri prof. R.Əhmədli, Azərbaycan tarixi kafedrasının dosenti E.Süleymanova, dekan müavini b/m S.Həsənova çıxış edərək TEC-in fəaliyyətini müsbət qiymətləndirmiş, konfransda iştirak edən tələbələrə uğurlar arzulamışlar. Konfransın davamında Fakültə TEC sədri Taleh Cəfərov məruzə ilə çıxış etmiş, daha sonra konfrans fəaliyyətini bölmələrdə davam etmişdir. Sonda qaliblər sertifikatlarla mükafatlandırıldılar.