Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı, Tarix və Coğrafiya fakültəsinin hesabat iclası

10.03.2023-cü il tarixində ADPU-nun 2-ci tədris binasında yerləşən akt zalında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı, Tarix və Coğrafiya fakültəsinin hesabat iclası baş tutmuşdur. İclası giriş nitqi ilə açan ADPU TGT Tarix və Coğrafiya fakültəsinin rəhbəri Rafiq Süleymanlı fakültə təşkilatının gördüyü işləri və təşkilatın fəaliyyətini daha da gücləndirəcək layihələrin həyata keçirilməsi kimi məsələlərin müzakirəsini aparmışdır. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının İctimaiyyətlə əlaqələr üzrə sədr müavini Elmira Babayeva fəaliyyətin yaxşılaşdırılması, qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi istiqamətində öz tövsiyələrini vermişdir. Tarix və Coğrafiya fakültəsi üzrə ictimai fəaliyyətində xüsusilə fərqlənən bəzi menecerlər sertifikatla təltif olunmuşdur. Sonda tələbələrin rəy və təklifləri dinlənilmiş, cari məsələlərin müzakirəsi aparılmışdır.

Search