Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı və Suraxanı Gənclər evinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş "Novruz gəlir" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin dekanı dos. Asif Axundov Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramı haqqında öz fikirlərini bildirib, qarşıdan gələn Novruz bayramı münasibəti ilə tələbə və müəllim kollektivini təbrik etdi. Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədri Təhmasib bəy İmaməliyev çıxış edərək bayram adətlərindən söz açıb, tədbirdə yer alan musiqi nömrələri, səhnəciklər və bədii kompazisiyaların məğzi haqqında ətraflı məlumat verdi. Sonra isə Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova çıxış edərək Novruz abu havası haqqında danışıb, tədbir iştirakçılarının bayramını təbrik etdi.
Bayramla bağlı videoçarxın izlənilməsindən sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Yaşa Azərbaycan", "Qarabağ inciləri" mahnıları, "Heyratı" zərb-muğamı ifa olundu. Suraxanı Gənclər Evinin fəal gənci Fatimə xanım İsmayılovanın "Şuşanın dağları" adlı rəqsi tələbələrə təqdim edildi. Tələbələr tərəfindən hazırlanan Azərbaycan xalqının adət-ənənələrinin əsaslı mahiyyətinin dərk olunacağı, tələbələrə ən kiçik nüansları müzakirə etmək fürsəti əldə edəcəkləri səhnəcik nümayiş etdirildi. Tədbir sonunda "Heydər Əliyev ili" ilə bağlı tələbələrinin hazırladığı xüsusi kompazisiya təqdim olundu.