Previous Next

“Azərbaycan maarifçiliyində Şuşa şəhərinin rolu”

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan maarifçiliyində Şuşa şəhərinin rolu” adlı elmi-praktik konfrans keçirildi.
Universitetin rektoru professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq, 8 Noyabr - Zəfər günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə iştirakçıları təbrik etdi. Prof. C.Cəfərov qeyd etdi ki, tarixən Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ilə bağlı bu tipli konfransların keçirilməsi olduqca əhəmiyyətli və təqdirəlayiqdir.
Konfransda Azərbaycan tarixi kafedrasının müdiri dos. N.Əhmədova “Şuşa şəhəri Azərbaycanda dünyəvi təhsilin mərkəzi kimi” adlı məruzə ilə çıxış edərək, Şuşa şəhərində dünyəvi təhsil sistemi, Azərbaycanda dünyəvi təhsilin inkişafında Şuşa şəhərinin yeri və əhəmiyyəti kimi məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Məruzəçilərdən prof. C.Mustafayev “Şuşa şəhəri: tarix və müasirlik”, dos. Z.Kərimov “Şuşa maarif məktəbinin yetirdiyi ictimai siyasi xadimlər”, dos. E.Süleymanova “Orta əsrlərdə Alban xristian maarifçiliyi və Şuşa şəhəri”, dos. M.Ağalarlı isə “Azərbaycanın maarifçilik ənənələri və Şuşa şəhəri” adlı elmi məruzələrlə çıxış etdilər.
Sonda konfrans Şuşa maarif sistemi ilə bağlı tələbələrin diskussiyaları ilə yekunlaşdı.

Search