Fakültə tərkibindəki 6 kafedranın - Fəlsəfə və sosial fənlər, Azərbaycan tarixi, Ümumi tarix və TTT, Azərbaycan coğrafiyası və CTT, Ümumi coğrafiya, Ümumi pedaqogika - professor-müəllim heyəti tərəfindən birgə dərslər keçiriləcək.
Binar dərs (məqsədlər).
- Fənlərarası transformasiyanı öyrənmək
- Müəllimlərin əməkdaşlığını inkişaf etdirmək
- Tələbələrdə fənlərin bir-biri ilə əlaqəsi, dünyagörüşünün formalaşdırılması
- Sorğulamaq funksiyasını intensivləşdirmək
- “Mən” konsepsiyasını tərbiyə etmək
Binar dərs bir neçə müəllimin iştirakı ilə təşkil olunur. Bu texnologiya daha çox mühazirələrin keçirilməsində istifadə olunur. Mühazirəni 2 fərqli fənni tədris edən müəllim aparır.