Previous Next

Eksperimental qrupa qəbulla bağlı

Tarix coğrafiya fakültəsinin II kursTarix müəllimliyiixtisası üzrə eksperimental qrupun yaradılması ilə əlaqədar tələbələr üçün müsabiqənin keçirilməsi nəzərdə tutulmuşdur

Müsabiqə şərtləri aşağıdakı kimidir:

  • Tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (bundan sonra – ÜOMG 80+);
  • Akademik borcun olmaması;
  • DİM üzrə universitetə qəbul imtahanlarındakı balı;
  • Yüksək intellektual potensialı;
  • Məntiqi düşünmə bacarığı
  • İxtisas fənlərini yaxşı bilməsi;
  • İKT-dən istifadə bacarığı;
  • İngilis dilini lazımı səviyyədə bilməsi
  • Müxtəlif təyinatlı konfrans layihələrdə iştirakı üstünlükdür.

Eksperimental qrupun üstünlükləri:

  • Özəl məktəblərdə pedaqoji təcrübə keçmə imkanı
  • Xarici dil biliyinin inkişaf etdirilməsi
  • İxtisasla bağlı bəzi fənlərin ingilis dilində tədrisi
  • STEAM dərslərinin keçirilməsi
  • Məzun olanların xüsusi sertifikatla təltif edilməsi s.

Müsabiqə şərtlərini ödəyən tələbələr 23.09.2022 tarixinə qədər dekanlığa müraciət etsinlər

Əlaqə:

Tel: (012) 4650321/ 4650318

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 

Search