31 yanvar 2025-cü il tarixində Tarix və coğrafiya fakültəsində Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan məsələlər Tarix və coğrafiya fakültəsinin 2024/2025-ci tədris ilində Pedaqoji internatura və istehsalat təcrübələrinin təşkili, payız semestrinin imtahan sessiyasının gedişatı, Azərbaycan tarixi, Ümumi tarix və TTT kafedralarının hesabatı haqqında olmuşdur. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə edilmişdir.