Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri s.ü.f.d. Əfqan Vəliyev 17.05.2024-cü il tarixində ADPU-nun Tarix və coğrafiya fakültəsinin qonağı olmuşdur. S.ü.f.d. Əfqan Vəliyev Tarix və coğrafiya fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə TAR2301B, TAR2302B, TAR2303B, TAR2304B qruplarında “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” mövzusunda mühazirə ilə çıxış etmişdir. Əfqan Vəliyevin çıxışı fakültənin professor-müəllim və tələbələri tərəfindən maraqla qarşılanmışdır. Mühazirə ilə bağlı müzakirələr aparılmış və sonda xatirə şəkilləri çəkilmişdir.
Əfqan Vəliyev “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz” adlı kitabları fakültəyə hədiyyə etmişdir.