29 aprel 2024-cü il tarixində Tarix və coğrafiya fakültəsində növbəti Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan məsələlər içərisində elmi konfransların və tədbirlərin keçirilməsi geniş müzakirə edilmişdir. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə olunmuşdur.