Previous Next

31 Mart Soyqırımının 106-cı ildönümü münasibətilə Memorial Soyqırım Muzeyinə ziyarət təşkil olunmuşdur

Aprelin 1-də "100MİN" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 31 Mart Soyqırımının 106-cı ildönümü münasibətilə Memorial Soyqırım Muzeyinə ziyarət təşkil olunmuşdur.

Ziyarət real faktlara əsasən hazırlanmış olan "Əsrin Faciəsi" filminin izlənməsi ilə başlayıb. Tələbələr muzeyi ziyarət edərək Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və 31 Mart Soyqırım Qurbanlarının xatirəsi ilə tanış olublar. Sonda xatirə şəkili çəkdirilib.
 

Search