13.03.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və coğrafiya fakültəsi, Tərəqqi dərnəyinin təşkilatçılığı ilə "Baharın elçisi" adlı tamaşa keçirilmişdir. Novruzun əsas personajları Kosa, Keçəl və Bahar qızın iştirakıyla başlayan tamaşada "O olmasin bu olsun" və "Qaynana" filmlərinden fraqmentler nümayiş etdirilmiş və qarmon ifası dinlənilmişdir. Tədbir hər kəs tərəfindən maraqla qarşılanmışdır.