Previous Next

“Müstəmləkəçilik və neomüstəmləkəçilik: aktual problemləri” adlı elmi seminar

11.03.2024-cü il tarixində ADPU-nun Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və TTT kafedrasının dosenti – tarix üzrə fəlsəfə doktoru Nahidə Hacinskayanın “Müstəmləkəçilik və neomüstəmləkəçilik: aktual problemləri” adlı elmi seminarı keçirilmişdir. Elmi seminarda açılışı Universitetin rektoru t.e.d., prof Cəfər Cəfərov edərək mövzunun aktuallığını vurğulamışdır. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri t.ü.f.d., dos. Azad Rzayev və t.ü.f.d., dos. Emin Hacınski seminarda çıxış etmişdilər. Seminarın gedişatı zamanı Nahidə xanımın «История колониализма и глобализации» adlı yeni dərc olunmuş dərs vəsaiti ilə bağlı fikirlər səsləndirilmişdir. Ümumi tarix və TTT kafedrasının müdiri t.e.d., dos.Əliyeva Sevinc və fakültənin digər kafedra müdirləri, müəllimləri və tələbələri mövzu ilə bağlı fikirlərlə çıxış etmiş, mövzunun əhəmiyyətini qeyd etmişdilər. Fakültənin müəllim və tələbə heyəti mövzuya dair bir sıra suallarla çıxış edərək və geniş fikir mübadiləsi aparmışdılar.

Search