Previous Next

Fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Philosophical problems of science and education in postindustrial society” adlı monoqrafiyası nəşr olunub

ADPU Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Philosophical problems of science and education in postindustrial society” adlı monoqrafiyası (sayca 4-cü monoqrafiyası) Almaniyanın “LAP LAMBERT Academic Publishing” (2023-cü il, 448 s.) (İngilis, alman, İtaliya, portuqaliya, fransız və rus dillərində) tərəfindən nəşr olunub.

Monoqrafiyada sosial-fəlsəfi və pedaqoji proses kimi təhsilin mahiyyəti və formalarından, müasir təhsil modellərindən, onun formalarından, təhsilin sosial əsaslarından və sosial inkişafının xüsusiyyətlərindən, postindustrial cəmiyyətdə təhsil mədəniyyətinin formalaşmasından, təhsilin müasir fəlsəfi problemləri, cəmiyyətin və təhsilin inkişaf amillərindən bəhs edilir.
Monoqrafiya müəllimlər, magistrantlar, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladırıq ki müəllifin "Sociocultural Fundamentals of Education" adlı monqrafiyası 2020-ci ildə “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis dilində çap edilmiş, 2021-ci ildə Latın Amerikası, Rusiya və Avropanın 10 ölkəsinin (alman, ispan, fransız, italyan, holland, polyak, moldova, çex, portuqal və rus dillərində nəşr olunub) dillərinə tərcümə olunaraq oxuculara təqdim olunub.
“Socio-cultural problems of education in the modern period” adlı monoqrafiyası Amaniyanın “LAP LAMBERT Academic Publishing” (2022-ci il, 301 s.) (ingilis, alman, fransız, italiya, portuqaliya və rus dillərində) nəşr olunub.
“From the history of the research of A.O.Chernayevsky's education activity (based on the researches of academician H.M.Ahmadov)” (prof.İ.N.İsayevlə birlikdə) Almaniyanın “LAP Lambert Academic Publishing”, (2023-cü il, 211 s.) nəşriyyatı tərəfindən nəşr olunub.
Eyni zamanda müəllifin “Təhsilin sosial-fəlsəfi əsasları” adlı monoqrafiyası 2023-cü ildə ADPU-nun nəşriyyatı tərəfindən çap olunub.

Search