Previous Next

Tarix və coğrafiya fakültəsində növbəti Elmi şuranın iclası keçirilmişdir.

29 noyabr 2023-cü il tarixində Tarix və coğrafiya fakültəsində növbəti Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan ilk məsələ ilə bağlı professor Rəfail Əhmədli, professor İramin İsayev çıxış edərək rəhbərlik etdikləri kafedraların hesabatını təqdim etmişlər. Gündəlikdəki ikinci məsələ - Tarix və coğrafiya fakültəsinin 2023/2024-cü tədris ili üzrə reytinq qiymətləndirmə prosesi haqqında Pakizə Orucova məlumat vermişdir. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə olunmuşdur.

Search