04.11.2023-cü il tarixində ADPU-nun Tarix və Coğrafiya fakültəsində Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşəbbüsü ilə “Vətən Mənim Səsimdir” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, II Qarabağ müharibəsi qaziləri və qonaqlar iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Zəfər Gününə həsr olunaraq Universitetin Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilərək açıq elan olundu. Tədbirdə ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, təşkilatçı t.ü.f.d. Sevil Bəhrəmova, professor Mübaraiz Əmirov, dekan müavini Paşa Quluzadə, Kimiya və biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalova, Tariximizə sahib çıxaq İB sədri, “Zəfərə gedən yol” kitabının tərtibatçısı, Bakı şəhər 22 nömrəli məktəbin direktor müavini Araz Şamilov şərəfli tariximizdən, eləcə də tədbirlə bağlı fikirlər səsləndirdilər. Tədbirin gedişində tələbələrin fəaliyyəti əsasında ərsəyə gəlmiş videoçarxlar, tamaşalar, şeir və mahnı tövfələri tədbir iştirakçılarının təqdimatına verildi. Daha sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov, qonaqlar sırasında da II Qarabağ müharibəsi qaziləri öz təssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdır Qara dəniz” musiqisi ilə yekunlaşdırıldı.