Previous Next

Siyasi Repressiya Qurbanları Muzeyinə ekskursiya

Oktyabrın 28-də "100MİN" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü münasibətilə Siyasi Repressiya Qurbanları Muzeyinə ekskursiya təşkil olunub.

70-dən çox tələbənin iştirakı ilə baş tutan ekskursiya zamanı tələbələrə sovet dövründə repressiyalara məruz qalmış önəmli şəxsiyyətlər haqqında məlumatlar verilib və həmin dövrdə repressiyaların necə baş verdiyi ətraflı şəkildə izah olunaraq əsaslı şəkildə göstərilib. Eyni zamanda tələbələr həmin dövrə aid yazılı materiallarla tanış olub, diskussiya aparıblar. Sonda xatirə şəkli çəkilib.

#ATGTİ #ASYOU #ADPUTGT #100MİN

Search