ADPU-da 10 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə Tarix və Coğrafiya fakültəsində "Heydər Əliyevin təhsil konsepsiyası: reallıqlar və perspektivlər" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kafedra müdiri prof. İ. İsayev açmış, Ümumi pedaqogika kafedrasının dosenti K. Quliyevanın "Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev mərhələsi", Azərbaycan tarixi kafedrasının müdiri dos. N. Əhmədovanın "Heydər Əliyev irsində Azərbaycanda milli dövlətçilik məfkurəsi", Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dos. O. Alxasovun "Heydər Əliyev və Azərbaycanda təbiətin mühafizəsi problemləri", Ümumi pedaqoqika kafedrasının baş müəllimi p. ü. f. d. K. Quliyevanın "Heydər Əliyev və Azərbaycançılıq konsepsiyası" mövzularında məruzələri maraqla dinlənildi. Konfransda fakültənin dekan müavini S. Həsənova da iştirak etmişdir Konfransın işi Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "video çarxla" yekunlaşdı. Sonra Tarix və Coğrafiya Fakültəsi üzrə keçirilmiş olımpiadada qələbə qazanmış tələbələrə diplomlar təqdim edildi.