Previous Next

57 nömrəli təhsil kompleksində "Beynəlxalq yer günü"nə həsr edilmiş tədbir

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan Coğrafiyası və CTT kafedrasının müəllimi Mehmanə Sadiqin rəhbərliyi ilə fakültənin Coğrafiya müəllimliyi ixtisası COĞ1903B qrup tələbələri pedaqoji təcrübədə olduqları Nərimanov rayonu 57 nömrəli təhsil kompleksində "Beynəlxalq yer günü"nə həsr edilmiş tədbir təşkil ediblər. Tədbirdə ADPU-nun Tarix və Coğrafiya fakültəsinin müəllimləri, 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova və məktəbin müəllim heyəti iştirak ediblər. Eyni zamanda Azərbaycan Coğrafiyası və CTT kafedrasının müdiri dosent Oqtay Alxasov da tədbirdə iştirak etmişdir. Təşkil olunmuş tədbirdə 7 və 8-ci siniflər arasında bilik yarışı baş tutub. Yarış sırasında "Xudayar təsnifi" səsləndirilib və şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Yarışda birinci yerin sahibi olan komandaya medallar, eyni zamanda bütün yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbirdə aktiv şəkildə iştirak edən tələbələr də direktor Aytən Sadıqova tərəfindən təltifnamə ilə təltif ediliblər. Ən sonda təcrübəçi tələbələr və tədbir iştirakçıları "Əziz müəllimim" mahnısını ifa ediblər.

Search