Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin dekan müavini b/m. S.Həsənova və Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dos. O.Alxasov Danimarkanın Kopenhagen Universitet Kollecində (KP) Erasmus+ mübadilə proqramı çərçivəsində təşkil olunmuş Beynəlxalq həftədə iştirak etmişlər. 27-29 mart tarixlərində "Dayanıqlı həyat tərzi: lokal və qlobal miqyasda" mövzusuna həsr olunmuş beynəlxalq həftəyə müxtəlif ölkələrdən 200-ə yaxın akademik heyət dəvət olunmuşdur. "Dayanıqlı həyat tərzinə gənclərin təsiri (Filippin)", "Yerli və qlobal miqyasda davamlı həyat tərzi", "Dayanıqlı inkişafı təhsilə necə inteqrasiya etməli", "Müharibədən sonra travma almış tələbələrin psixoloji durumunun yaxşılaşdırılması üçün art-terapiya" (Ukrayna), "Hekayələr vasitəsilə Davamlı İnkişaf Məqsədlərini müəllim hazırlığı proqramlarına necə inteqrasiya etməli" və s. mövzularında təqdim edilən mühazirə, workshop və müzakirələr böyük maraqla qarşılanmışdır. Beynəlxalq həftə çərçivəsində Ukraynanın V. Koralenko adına Poltava Dövlət Pedaqoji Universitetinin rektoru M.V. Qrinyova və həmin universitetin professoru O.Nikolenko ilə görüş zamanı universitetlər arası gələcək əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə olunmuşdur. ADPU-nun Kopenhagen Universitet Kollecindəki Erasmus+ mübadilə proqramı tələbələri ilə də görüş baş tutmuşdu