21 may 2025-cü il tarixində Tarix və coğrafiya fakültəsində Elmi şuranın iclası keçirilmişdir. Fakültənin dekanı dos. Asif Axundov Elmi Şurada müzakirə olunacaq məsələləri üzvlərin nəzərinə çatdırmışdır. Gündəlikdə qeyd olunan məsələlər 2024/2025-ci tədris ilinin Yaz semestrinin imtahan sessiyasına hazırlıq, kurs işləri və magistr dissertasiyalarının hazırlıq vəziyyəti haqqında olmuşdur. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə edilmişdir.