Previous Next

Təcrübəçi tələbələr tam orta məktəbdə “Coğrafiya ilə zəkanı sına” adlı bilik yarışı təşkil etmişdir

16 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisası üzrə III yarımqrup təcrübəçi tələbələrinin təşəbbüsü ilə Şəhid Tahir Həsənov adına 57 nömrəli tam orta məktəbdə “Coğrafiya ilə zəkanı sına” adlı bilik yarışı təşkil edilmişdir.

Tədbirdə məktəbin direktoru Aytən Sadıqova, məktəb rəhbərliyi və coğrafiya fənn müəllimi Afilə Süleymanova iştirak etmişlər.

Yarış 8-ci sinif şagirdləri arasında keçirilmiş, suallar “Azərbaycanın tarixi və coğrafiyası”, “Adət-ənənələrimiz”, “Mədəni abidələr” və “Tanınmış şəxsiyyətlər” mövzularını əhatə etmişdir. Sonda fərqlənən iştirakçılara təşəkkürnamələr təqdim olunmuşdur.

Search