28.10.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyi, Debat klubunun təşkilatçılığı ilə "Zəfər gününün cəmiyyətdəki rolu" adlı debat baş tutmuşdur. Debatda "44" və "Qarabağ" komandaları mövzu ətrafında fikir mübadiləsi etmişdir. Layihənin hakim mövqeyində Tərəqqi dərnəyi üzrə məsul şəxs Mehmanə Sadiq, Tərəqqi dərnəyinin sədri Seyranə İbrahimova və Debat klubunun rəhbəri Əsmər Məmmədova iştirak etmişdir. Debatın sonunda "44" komandası qalib gələrək diplomla mükafatlandırılmışdır. Qalib komandanı təbrik edir, " Qarabağ" komandasına isə iştirakları üçün təşəkkür edir və uğurlar arzulayırıq.